Fələstinə; “İsrail ilə masaya oturmasanız maddi kömək etmərəm” demək, vicdana uyğun deyil. Fələstin xalqı bir qrup insandır, imkanları məhduddur, xarici yardımla həyatlarını davam etdirirlər. İnsanlara qarşı belə üslub işlətmək ayıbdır. İnsan özünə edilməsini istəmədiyini heç kimə etməməlidir. Heç bir ölkənin Fələstinə qarşı üslubu bu olmamalıdır.

(A9 TV; 26 yanvar 2018)

Mən bütün dünya bir-birini sevsin istəyirəm. Çinlilər, amerikalılar, ruslar, pakistanlılar, hər kəs çox şirindir. Hər kəs bir-birini sevsin. Gənclər sevinc içində olsun. Birlikdə mahnılar söyləyək, rəqs edək. Hər kəsin evinin önünə güllər əkək. Birlikdə Allahı zikr edək, namaz qılaq. Dostluq və yoldaşlıq çox zövqlü və gözəldir. Gözəl və zövqlü olanın yerinə həmişə dava, münaqişə, anlaşmazlıq olması inanılası deyil.

(A9 TV; 26 yanvar 2018)

Dünya şiddətli, güclü iman yeridir. Allah unudulduqda, Allaha şükür edilmədikdə Allah bütün dünyada insanları əzir. Allaha üz tutmadıqda Allah rahatlıq verməz. İnsanlar Allaha üz tutsalar həmin anda bütün dünyada fərəhlik olar.

(A9 TV; 26 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)