Pis söz sahibinə məxsusdur. Atatürkün əleyhinə deyilən sözlərlə Atamızın dəyəri heç vaxt azalmaz. Tam əksinə, Atatürkə olan sevgimiz qat-qat artar. Atatürk əleyhdarları kiçik azlıqdır, millətimiz sizə fikir verməz, sözlərinizə əhəmiyyət verməz. Atatürk qədirbilən həqiqi dəliqanlıdır, bu vətənin övladıdır. Atatürk İmam Hatibləri qurdu. İlahiyyat fakültələri açdı. Quranı türkcəyə tərcümə etdirib Anadoluya minlərlə pulsuz Quran paylatdı. Cibində həmişə Quran daşıdı. Böyük hədis kitablarını türkcə olaraq hazırlatdı. Atatürkün İslama göstərdiyi xidmətin mində birini etməyənlər Atatürk haqqında söz söyləyirlər.

(A9 TV; 30 yanvar 2018)

Türkiyə hal-hazırda mühüm mübarizə aparır. Bu mübarizəni dəstəkləməmək xəyanət olar. Yanında PKK dövlətinin yaradılmasını qəbul edirsənsə vətənin parçalanmasını da qəbul edirsən deməkdir. Hal-hazırda vətən və millətin qanuni müdafiəsi var, bunu dəstəkləməmək xəyanət hökmündə olar.

(A9 TV; 30 yanvar 2018)

İslam Birliyi yarandığı zaman hər gün bayram olacaq. Hər yer çox gözəl olacaq. Himayədarlıq sistemi olacağı üçün hamı hər kəsi qorumaqla məsul olacaq. Gələcək qorxusu aradan qalxacaq. Bu sevgi ruhunu dünyaya verəcək olan Mehdidir. Allah, Mehdi vəsiləsi ilə dünyaya sevgini hakim edəcək.

(A9 TV; 29 yanvar 2018)

Allaha sədaqət çətin anlarda bəlli olar. Eyni anda 3-5 hadisə ilə qarşı-qarşıya gəldiyi zaman mömin çox güclüdürsə bu çox məqbuldur. Peyğəmbərimiz (s.ə.v) dövründə döyüşdə müsəlmanlar iki istiqamətdən mühasirəyə alınmışdılar. Münafiqlər o zaman; “Allah və Rəsulu haqqında sui-zənn bəsləyirdilər”. Nəticədə müsəlmanlar qazandı. Məhz orada şübhəyə qapılanlar məğlub oldu.

(A9 TV; 29 yanvar 2018)

İnsanın Allaha olan sevgisində çatışmazlıq olduğu zaman Allah o insana qulunun sevgisini nəsib etməz. Allaha az sevgi təqdim edənə sevgi nəsib olmaz. Allahı çox sevən sevgi dənizində sanki üzər, çox canlı olar.

(A9 TV; 29 yanvar 2018)

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.

(A9 TV; 29 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)