Mömin cənnətdən gələr, buna görə də, ruhunda cənnətə meyl var. Cənnətdə keyfiyyəti öyrənər, dünyada da evin, süfrənin, paltarın, insanın ən keyfiyyətlisini axtarar. Keyfiyyət cənnətə olan həsrətə, cənnətdə öyrəndiyimiz bilgini dünyada axtarıb tətbiq etməyə deyilər.
(A9 TV; 31 yanvar 2018)
Allaha güvənən, təslim olan insan şirkə girməz. Xəstə insan əgər; “mən indi həkimə gedəcəyəm, mənə dərman verəcək o dərman məni sağaldacaq” desə şirkə girmiş olar. “Həkimə gedəcəyəm, verdiyi dərmanı Allah vəsilə edəcək və Allah istəsə sağalacağam” deməsi lazımdır.
(A9 TV; 31 yanvar 2018)
Ülkücülər türk millətinin mülki zəmanətçiləridir. Hər dövrdə çox xeyirlərə, faydalara vəsilə olmuşdular. Dövlət tərbiyəsi almış, nəcib, alicənab, öz millətini, öz fəlsəfəsini, öz dinini müdafiə edən, özünü Allaha həsr etmiş igidlər birliyidir. Allah saylarını və şövqlərini artırsın. Sonuna qədər dəstəkləyirəm. Xüsusilə bu dövrdə çox yaxşı qorunmaları lazımdır. Belə gənclər yetişdirmək çox mühümdür. Allah yollarını açıq etsin.
(A9 TV; 31 yanvar 2018)
Ölkəmiz belə mühüm dövrdən keçərkən vətənpərvər olan hər kəsin hökumətin səmimi şəkildə aldığı tədbirlərə dəstək olması lazımdır. Belə dövrdə dövlətə və ya hökumətə mane olmağa cəhd etmək çox çirkin hərəkət olar. Belə dövrdə əhvali-ruhiyyəni pozmaq, millətin əhvali-ruhiyyəsini sarsıtmaq, şübhələr yaratmaq, əsgərə və polisə qarşı mənfi rəftar göstərmək həm günah, həm ayıb, həm də çirkin olar. Bu dövrdə hər vətənpərvər insana dövlətin, hökumətin, millətin yanında olmaq yaraşar.
(A9 TV; 31 yanvar 2018)
Biz ingilis xalqını və dövlətini sevirik, hörmət edirik. Biz İngiltərə dövləti və xalqına müsəllət olmuş İngiltərə dərin dövləti ilə elmi mübarizə aparırıq. İngiltərə dərin dövlətinin bütün oyunlarına qarşı ayıq-sayıq vəziyyətdəyik və həmişə diqqətli olacağıq.
(A9 TV; 31 yanvar 2018)
Eqoist insan sevgini yaşaya bilməz. Duyğusaldır, yalana meyllidir, özü ilə savaş halındadır. Özü özünün bəlası olduğu üçün sevgini bilməsi və yaşaması qeyri-mümkündür. Allahı həqiqətən sevən, eqoist olmayan insan yüksək əxlaqa sahib olar. Belə insanı sevmək çox böyük nemətdir. Sevgini yaşamaq üçün hər iki tərəfin də Allaha təslim olması, eqoistlikdən xilas olması lazımdır.
(A9 TV; 30 yanvar 2018)
Münafiq şeytanın bədən sahibi olmuş halıdır. Münafiq həmlələri müsəlmanlara qarşı şeytan həmlələridir. Bu həmlələr möminlərin imtahanının keyfiyyətinin artmasına vəsilə olar. Münafiqlər möminlərin daha da güclənməsinə, daha da möhkəm birləşməsinə vəsilə olar. Münafiqlərin hər hücumu möminlər üçün nemətdir. Allah hər şeyi xeyirlə, hikmətlə yaradar.
(A9 TV; 30 yanvar 2018)
Mən əsərlərimdə ən az 20 ildir ki, Atatürk sevgisindən bəhs edirəm. Atatürkün səmimi dindar olduğunu bütün sənədləri ilə ortaya qoyduq. Mühafizəkar təbəqədə bəzi kütlələrə olan Atatürk əleyhdarlığının aradan qaldırılmasına mənim əsərlərim vəsilə oldu. Atatürk əleyhinə tək sözə belə, qanunla, hüquqla imkan vermərik.
(A9 TV; 30 yanvar 2018)
Qəddarlıqda ruh ölər, insan şiddətli əzab çəkər. İstədiyi qədər zənginlik içində olsa da, o insan həyatının hər anında əzab içindədir. Müvəffəqiyyət, əldə edilən zənginlik deyil. Xoşbəxtlik və sevinc içində yaşamaq müvəffəqiyyətdir. Bu da təkcə imanla olar.
(A9 TV; 30 yanvar 2018)
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir.
(A9 TV; 30 yanvar 2018)





