Şəhidlərimiz millətimizin fəxridir. Nə xoşbəxt onlara Cənnətə, Rəsulullah (s.ə.v)-ə qovuşurlar. Bizim dünyada imtahanımız davam edir, onlar axşam cənnət süfrəsində olurlar. Şərəfli şəkildə imtahanlarını bitirmiş olurlar. Allah ailələrinə xeyirli və uzun ömür nəsib etsin.

(A9 TV; 2 fevral 2018)

Dövlətin başçısına sadiq olmaq türk millətinin 5 min illik adətidir. Dövlətin tək bir başçısı var və 83 milyon o liderə bağlı şəkildə hərəkət edəcəyik. Millət olaraq cəsuruq, dəliqanlıyıq, mərhəmətliyik, gözəl əxlaqlıyıq. Hamısından əhəmiyyətlisi Allahın lütfü altında olan millətik. Mütləq çox gözəl günlər görəcəyik.

(A9 TV; 1 fevral 2018)

Mövhumatçılıq şeytanın oyunudur, şeytanın dinidir. İslam Quranın dinidir. İslam dini saf və tərtəmiz nur kimi dindir. Mövhumatçılıq isə süd və zəhərin qarışması kimidir. İslam dini nəzakət, sevinc, keyfiyyət, xoşbəxtlik, sevgi və hüzur dinidir.

(A9 TV; 1 fevral 2018)

Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin.

(A9 TV; 1 fevral 2018)

Səmimiyyətin yeganə məqsədi sevgidir. Gözəl gördüyümüz hər şeyin məqsədi sevgidir. Şeytan bunu öldürməyə çabalayır. Darvinist təbəqədə də, ənənəçi təbəqədə də sevgini aradan qaldırma istəyi var. Bütün gücümüzlə buna elmlə, irfanla mane oluruq.

(A9 TV; 1 fevral 2018)

Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz.

(A9 TV; 1 fevral 2018)

Fransa prezidenti Makron və bənzərləri öz ağıllarını özlərinə saxlasınlar. Türkiyə haqlı olaraq terrorla mübarizə aparır və özünü müdafiə edir. Türk ordusu mülki vətəndaşlara zərər verməmək üçün mümkün qədər ən həssas diqqəti göstərən ordudur. Afrində addım-addım, diqqətlə, çox diqqətlə irəliləyirlər.

(A9 TV; 1 fevral 2018)

PKK-nın bölgədən tamamilə silinməsi lazımdır. Bölgədə terrorçu strukturun mövcudluğunu heç bir ölkə qəbul etməz. Türk ordusu çox ağıllı və çox mərhəmətlidir. Dünyanın ən alicənab, ən mərhəmətli, ən şəfqətli ordusudur. Ordumuz istəsə bu əməliyyat çox qısa müddətdə bitər. Lakin mülki vətəndaşlara zərər gəlməməsi üçün tək-tək, seçərək, diqqətlə irəliləyirlər. Heç kim Türkiyəyə və ordumuza qarşı fərqli ittihamla çıxış edə bilməz.

(A9 TV; 1 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)