CHP qurultayında demokratik seçim oldu. Kamal bəyi təbrik edirik. Allah xeyirlərə vəsilə etsin, dövlətə, millətə, vətənə xeyirli olsun. Allah digər CHP-li qardaşlarımıza da xeyir, bərəkət, hidayət və nur nəsib etsin. Dövlətə, millətə xeyirli olmaq üçün səy göstərmələrini nəsib etsin.

(A9 TV; 4 fevral 2018)

Bəzilərinin narahatlığı əslində dekolte deyil. Əsas narahatlıqları İngiltərə dərin dövlətini ifşa etməyimizdir. Darvinizmin əsassızlığından bəhs edirik narahat olurlar. Biz darvinist, materialist ideologiyalara qarşı olduğumuz müddətcə, PKK-ya qarşı olduğumuz müddətcə, homoseksuallığa qarşı olduğumuz müddətcə, İngiltərə dərin dövlətinə qarşı olduğumuz müddətcə, AKP-ni müdafiə etməyə davam etdiyimiz müddətcə, MHP-yə dəstək olmağa davam etdiyimiz müddətcə mütləq bizdən narahat olacaqlar. Biz bu düzgün rəftarımızdan imtina etmərik. İngiltərə dərin dövlətinin oyunlarını hər dəfə qanunla, hüquqla, elmlə, irfanla pozarıq.

(A9 TV; 3 fevral 2018)

İnsanlara Allahın ruhu olduğunu, qarşısındakının da Allahın ruhunu daşıdığını desək hər kəs bir-birinə hörmət və sevgi bəsləyər. Lakin bir-birilərini bir növ heyvan, bakteriya kimi görəndə sevgi bəsləmələri də, hörmət etmələri də qeyri-mümkün olur. Eyni zamanda da, ənənəçi sistemin qadın düşmənçiliyi insanların əlindən bütün sevgini və gözəllikləri alır.

(A9 TV; 3 fevral 2018)

Mömin dünyanı cənnətə döndərmək istəyər. Şeytan isə dünyanın cəhənnəm kimi olmasını istəyər. Nifrət yayılsın istəyər. Diqqət edirsinizsə insanların çoxu bir-birindən nifrət edir. Bir partiyanı sevirsə, digərindən nifrət edir, bir komandanın tərəfini tutursa digərindən nifrət edir. Hər kəs bu vətənin övladıdır. Hər kəs bir-birinə hörmət göstərərək qardaşcasına gözəl yaşaya bilər. Qardaşcasına yaşamaq olduğu halda, ağlasığmaz dərəcədə nifrət üslubu olması dəccaliyyətin həmləsinin yaratdığı nəticədir. Bütün gücümüzlə bu sevgisizlik kirini təmizləmək üçün elmlə, irfanla səy göstəririk. Müsbət aura ilə, sevgiylə, hörmətlə həmişə insanlara keyfiyyəti, dostluğu, gözəlliyi, qardaşlığı sevdirmək üçün səy göstəririk və Allaha şükür çox müvəffəqiyyətli oluruq. Dostluq və sevginin qalib gəldiyini 3-5 il sonra görəcəksiniz.

(A9 TV; 3 fevral 2018)

Qurandan, dindən bəhs edilən yerdə əyləncə olmaz demək, həyatın geniş sahəsindən İslamı çıxartmaq deməkdir. Anadoluda hər yerdə Quran var, Quran olan evdə yallı olur, toy olur. Qaradəniz bölgəsində qadınlar kişilərlə birlikdə horon oynayır. Orada da Quran var. Cənub-Şərqi Anadolu bölgəsində qadınlar kişilərlə birlikdə yallı gedir. Orada da Quran var. Cem evlərində Allah zikr edilir, ayə oxunur, Peyğəmbər zikr edilir, qadınlar kişilərlə birlikdə səmah oynayırlar. O zaman bunların da hamısının qadağan edilməsinin lazım olduğunu düşünürlər? Belə şey olmayacağına görə, insanların düşüncəsini, inancını rahat yaşayacağı mühitin təmin edilməsi əhəmiyyətlidir.

(A9 TV; 2 fevral 2018)

Qardaşlarımızın çoxu İngiltərə dərin dövlətinin son 200 ildir ki, millətimizə qarşı oynadığı oyunları bilmir. Biz ingilis xalqını və İngiltərə dövlətini sevir, hörmət edirik. Lakin İngiltərə dərin dövlətinə qarşı elmi mübarizəmiz həmişə davam edəcək. Bu günə qədər Türkiyə əleyhinə nə qədər hadisə vardırsa, arxasından həmişə İngiltərə dərin dövləti çıxmışdır.

(A9 TV; 2 fevral 2018)

Bir çox insan başqa yerlərə diqqətini yönəltdiyi üçün Türkiyənin qarşısında əsas qüvvənin və təhlükənin İngiltərə dərin dövləti olduğunu görmür. Yaxın Şərqdəki bütün fitnələrin, iğtişaşın təşkilatçısı İngiltərə dərin dövlətidir. Yaxın tarixdəki hadisələri diqqətlə təhlil etsələr bunu görərlər. Biz sənədləri ilə İngiltərə dərin dövlətinin üzərindəki pərdəni qaldırdığımız üçün, dəccaliyyəti ifşa etdiyimiz üçün heyrətamiz dərəcədə narahat oldular. Elmlə, irfanla, qanunla dəccaliyyətin bütün pərdələrini qaldırmağa davam edəcəyik.

(A9 TV; 2 fevral 2018)

Yaxın Şərqdə İngiltərə dərin dövləti həmişə xalqı bölərək nəticə almışdır, insanların arasını vuraraq ölkələri zəiflədər və istədiyini əldə edər. Yerli tərəfdaşları da bu işlərdə istifadə edər. Buna görə də, liderin ətrafında birlik olmaq mühümdür. Millət olaraq Tayyib hocamın ətrafında möhkəm birləşsək Allahın icazəsi ilə bu millətə heç nə edə bilməzlər. Bu birlikdən narahat olduqları üçün icmamızın üzərinə gəlirlər. Bizim işlərimiz elmi olaraq materializm və darvinizmə ən təsirli zərbəni vurdu və hökumət çox güclü fəlsəfi zəmin üzərində oturdu. Keçmişdəki sağ hökumətlərin, Menderes, Dəmirəl, Özal dövründə sağın ideoloji zəmini yox idi. Bizim işlərimiz çox güclü ideoloji zəmin yaratdı. Solun qabaqcılları da; “Adnan Oktarın işləri ilə bu zəmin yarandı” deyə, açıqca bu vəziyyəti söyləyirlər. Hökumətimiz həm bu vəsilə ilə, həm də bir çox cəhətdən aldığı ağıllı tədbirlərlə Allahın icazəsi ilə möhkəmdir. Bizim həm ölkə daxilində, həm də ölkə xaricindəki işlərimiz də çox mühüm dəstəkdir.

(A9 TV; 2 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)