İngiltərə dərin dövləti və dünyadakı homoseksual qruplaşma Türkiyəyə qarşı fəaliyyət göstərir. Dövlətin keyfiyyətini, xüsusiyyətini, etibarlı quruluşunu öz aləmlərində pozmağa çalışırlar. Buna mane olmaq üçün dünyəvi, ziyalı və mədəni təbəqə mütləq Tayyib hocamızı dəstəkləsin, tək qoymasın.

(A9 TV; 5 fevral 2018)

Quran müsəlmanlığı, səhabə müsəlmanlığı dünyaya sevinc, fərəhlik, keyfiyyət və incəsənət anlayışı gətirən mükəmməl dindir. Bu dini yox etmək istəyən kiçik azlıq var. Nə etsələr də, elmlə, irfanla, Quranla haqqı, həqiqəti izah etməyə davam edəcəyik, Allahın hökmlərini tam olaraq tətbiq edəcəyik inşaAllah.

(A9 TV; 5 fevral 2018)

Sevgi insana verilmiş ən böyük nemətlərdən biridir. Allah küfr əhlinin, münafiqlərin əllərindən sevgini almışdır, bu onların başına gələ biləcək ən böyük bəlalardan biridir. Sevgi möminlərə verilmişdir, dünyada da, cənnətdə də möminlərə məxsusdur, bir insanın sevgisi vardırsa, inşaAllah, o insan cənnətə gedəcək deməkdir.

(A9 TV; 4 fevral 2018)

Qızıl əsrdə himayədarlıq sistemi olacaq. Hal-hazırda silahlara və müharibələrə xərclənən pulun hamısı ehtiyac sahiblərinə paylanacaq və bir anda böyük zənginlik və rifah olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən belə anlayırıq.

(A9 TV; 4 fevral 2018)

Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır.

(A9 TV; 4 fevral 2018)

Bu qədər çox insanın, bu qədər çox ölkənin talib olduğu; fərqli-fərqli qrupların bir-birinin əleyhinə olduğu Yaxın Şərq kimi ərazidə sükunətin hakim olması çox çətindir. Türkiyənin də təkbaşına ucsuz-bucaqsız bir əraziyə gücünün çatmasını gözləmək səhv olar. Türkiyə özünü təhlükələrə qarşı müdafiə edən və qoruyan ölkədir. Liviya, İraq, Misir, Suriya, Əfqanistan kimi ölkələrin də içində olduğu belə geniş ərazidə sülh, İslam Birliyi, mehdiyyətin sevgisi və birləşdirici gücü ilə həll edilə bilər.

(A9 TV; 4 fevral 2018)

Səhərdən axşama qədər hər şey Allah rizası üçün edilər. İnsan səhər bəsmələ ilə ALLAH üçün yatağından qalxar, dinə, İslama güc tapmaq məqsədi ilə Allah rizası üçün yemək yeyər. Axşama qədər Allah üçün təbliğ edər. Axşam yenə Allahın dininə güc toplamaq üçün yatar. Bazara getməsi, işləməsi, hamısı Allahın rizasını qazanmaq üçündür. İnsanın günün 24 saatının hər anını Allahın rizasının ən çoxunu hədəf edərək yaşaması doğru olandır.

(A9 TV; 4 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)