Hadisələrə və ya şəxslərə mənlik vermək, sanki özlərinə aid gücləri varmış kimi düşünmək həm şirk, həm də Allaha qarşı zalımca rəftar olar. Hər hadisəni Allah yaradar, hər hadisə Allahın nəzarəti altındadır. Allah istəmədən heç bir hadisə reallaşmaz.
(A9 TV; 5 fevral 2018)
Axırzamanda müharibələrin, döyüşlərin, anlaşmazlıqların lazım olmadığını hər kəs anlayacaq. Himayədarlıq sistemi olacaq və böyük fədakarlıq sistemi ortaya çıxacaq. Zəngin olan malını öz razılığıyla sevə-sevə paylayacaq, kasıblıq qalmayacaq, mal bərabər paylanmış olacaq, hər kəs zəngin və rifah içində olacaq.
(A9 TV; 5 fevral 2018)
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır.
(A9 TV; 5 fevral 2018)
Həyəcan gözəldir. Zəkalı və ağıllı insanda həmişə Allahın sənətini görməyin həyəcanı vardır, sakit ola bilməz.
(A9 TV; 5 fevral 2018)
Müsəlman çətinliklərlə, dərdlərlə yetişdirilər. Onlar olmazsa irəliləyə bilmərik, dərinlik qazana bilmərik. Müsəlmanın imanının inkişaf etməsi yaşadığı çətinliklərə əsaslanır. Allah hər imtahanı insanın tam dözə biləcəyi ölçüdə verər.
(A9 TV; 5 fevral 2018)
Pislər həmişə məğlub olar, yaxşılar da həmişə qazanar.
(A9 TV; 5 fevral 2018)
Dünyadakı sevgisizliyin ən böyük səbəblərindən biri insanların bir-birlərini bağışlamamasıdır. Hər şeyə qəzəblənirlər və sonra bağışlamırlar. Beləliklə şeytanın oyununa düşmüş olurlar. Halbuki Allah ayələrində bağışlamağı tövsiyə edir. “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” (Əraf surəsi, 199)
(A9 TV; 5 fevral 2018)
İnsan açıq şüurla heç vaxt Allahı inkar edə bilməz. Elə şeyə gücü çatmaz, qeyri-mümkündür. Lakin ruh sahibi olmayanlar, məsələn münafiqlər bunu edə bilər, Allahı inkar edə bilər. Onlar ölüdürlər, onsuz da cəhənnəmlikdirlər. Allah Tövratda da cəhənnəmdən ölülər diyarı deyə bəhs edər.
(A9 TV; 5 fevral 2018)
Tayyib hoca ziyalı və müasir təbəqə ilə birləşsə daha güclü olacağı üçün bəziləri çox təlaşa qapılır və bu təbəqə ilə prezidentimizin arasını vurmaq üçün əllərindən gələni edirlər. Ziyalı gəncliyi, müasir gəncliyi həmişə Tayyib hocamın yanında saxlayacağıq inşaAllah.
(A9 TV; 5 fevral 2018)
Bizim etdiyimiz səhv varsa bizi Quran ilə, ayələrlə xəbərdar etsinlər. Biz Qurana görə haram olan heç bir hərəkət etmirik və etmərik. Bizi tənqid edənlər bunu bildikləri üçün bir məsələ olduğu zaman Qurana görə haramdır deyə bilmirlər, mənə görə haramdır deyirlər. Biz kiməsə deyil, Qurana tabe olarıq. Qurandan ayə ilə bizi xəbərdar etdikləri an söylədiklərini dərhal edərik. Biz pozitiv insanlarıq. Doğrunu, haqqı gördüyümüz an qəbul edərik. Lakin bizə Qurandan heç bir dəlil gətirə bilmirlər.
(A9 TV; 5 fevral 2018)





