Quranda qadına geniş azadlıq verilir. Qadın əziyyət görməkdən qorxduğu zaman çarşab geyər, etibarlı mühitdə dekolteli olmasında problem yoxdur. Haram olan qeyri-qanuni cinsi əlaqədir. Qadınla eyni mühitdə olmaq deyil. Qadınla eyni mühitdə olarsan, fövqəladə hörmət göstərərsən.
(A9 TV; 17 mart 2017)
İnsanların bir hissəsi sevgini, ehtirası, iman dərinliyini bilmədikləri üçün insana bənzəyən, lakin insanlığı bilməyən şeytani varlıqlar olurlar. Bəzi insanlar da sevgini bilməyənlərin əxlaqsızlığına təəccüblənirlər. Təəccüblənəcək bir şey yoxdur, nifrət dolu insandan nifrət axar, gözəllik deyil.
(A9 TV; 17 mart 2017)
Avropada Türkiyə və İslam əleyhinə yaranma səbəbi mövhumatçılıqla müsəlmanların əhatə edilmiş olmasıdır. Buna qarşı Quran İslamı tam həll yolu olacaq.
(A9 TV; 17 mart 2017)
Mədəniyyətlərin vuruşması İngiltərə dərin dövlətinin planıdır. Bu plana fayda təmin edəcək heç bir oyuna düşməmək lazımdır. Çünki bu planın məqsədi müsəlmanları kütləvi yox edə bilmək üçün xristianlarla müsəlmanları vuruşdura bilməkdir. Bunlar xristianları da maraqlandırmır, özləri dindar deyildirlər. Hilal-xaç müharibəsi üslubunu müsəlmanlar olaraq biz heç vaxt qəbul etməyək. Müsəlmanlar ilə İsəvilər qardaşdır deyək, sülh istəyək. Müsəlmanları mövhumatçılığın içinə məhkum edib mövhumatçılığı səbəb göstərərək nəhəng müharibənin içində İsəviləri və müsəlmanları yox etmək istəyirlər. Bu oyunu pozmağın yolu musiqiyə, incəsənətə, heykələ, keyfiyyətə əhəmiyyət verən bir müsəlmanlıq anlayışı ilə xristianlarla dost olub fitnəni aradan qaldırmaqdır.
(A9 TV; 17 mart 2017)
Bəzi insanların məlumatı əksik olduğu üçün Əbdülhəmid dövrü barədə “bir qarış torpaq verilmədi” deyirlər. Halbuki ən böyük torpaq itkisi bu dövrdə oldu.
(A9 TV; 16 mart 2017)
Dekolteyə, musiqiyə, incəsənətə qarşı olanların necə qorxunc həyat təqdim etdiklərini görürlər. Bizim bəhs etdiyimiz səhabə müsəlmanlığı həqiqi Qurandır.
(A9 TV; 16 mart 2017)
Necə ki, hər varlığın bir vəzifəsi varsa, insan şeytanlarının da vəzifəsi həsəd aparmaq, qısqanclıq, acı çəkməkdir. Bunların həyatı sürünməklə keçər.
(A9 TV; 16 mart 2017)
Bir insan sevgini itirmiş, nifrətlə dolmuşdursa insanlığını itirmiş, müəyyən mənada şeytan olmuşdur. Belələrinin sözləri mömini daha da şövqləndirər.
(A9 TV; 16 mart 2017)
İmanımızı, sevincimizi, sevgimizi, incəsənət anlayışımızı qısqananlara baxdığımız zaman, bu kəslərin tənha və hər kəsdən nifrət edən insanlar olduqlarını görürük.
(A9 TV; 16 mart 2017)
Peyğəmbərimiz (s.ə.v) Mehdi ilə əlaqədar nə qədər əlamət sayıbsa, hamısı son 30-35 il ərzində tək-tək reallaşdı, reallaşmağa davam edir.
(A9 TV; 16 mart 2017)





