Allahın varlığının dəlillərini incə-incə, tək-tək, təfərrüatlı düşünmək əhəmiyyətlidir. Yüzlərlə mövzunun içində boğulmaq deyil, bir mövzunu düşünmək lazımdır.
(A9 TV; 19 mart 2017)
Quranda nemətlər və iman həqiqətlərindən geniş şəkildə bəhs edilməsi əsas bu mövzunun düşünmək lazım olduğunu göstərir.
(A9 TV; 19 mart 2017)
Süleymanlı bacı-qardaşlarımız öz işi ilə məşğul olan məzlum insanlardır. Həyatlarını Quran öyrətməyə, xeyir iş görməyə həsr etmiş insanlardır. Süleyman Hilmi Tunahan və Bədiüzzaman bir-birlərini çox sevər, çox dəyər verərdilər. İki icma da tərtəmiz müsəlmanlardır.
(A9 TV; 18 mart 2017)
Tövratda Mehdidən çox ətraflı bəhs edilib. Allah hz. Yaqubun nəslinə, yəni Mehdiyə İslamın dünya hakimiyyətini vəd etmişdir.
(A9 TV; 18 mart 2017)
Hz. Mehdini də, İsa Məsihi də görəcəyik inşaAllah. Bütün dünya, bütün cəmiyyətlər bu iki mübarək şəxsi gözləyir.
(A9 TV; 18 mart 2017)
Sevgini və ehtirası yaradan Allahdır. Möminlərin bir-birinə sevgisi zər aləmində Allaha verdikləri sözün təcəllisidir.
(A9 TV; 18 mart 2017)
Şans deyə bir şey yoxdur. Hər hadisəni Allah yaradar. Taledə olan reallaşar.
(A9 TV; 18 mart 2017)
Sevgi olmazsa heç nəyin mənası olmaz. Ət və sümük ruhda təsir yaratmaz. Gözəllik sevgi ilə məna qazanar.
(A9 TV; 18 mart 2017)
Mənim mövqeyim həmişə eynidir. Yanlış bir şey olsa açıqca tənqid edərəm, səmimi inandığımı söyləyərəm. Doğru olan rəftarı da dəstəkləyərəm.
(A9 TV; 18 mart 2017)
Hər şeyin qərarı Allaha məxsusdur. Allah istəmədikcə heç kim heç kimə bir şey edə bilməz. Bir şeyi edən insanlar deyil, Allahdır. Allah istəmədikcə heç kim heç kimə zərər də, fayda da verə bilməz. Bütün güc-qüvvət Allahın əlindədir.
(A9 TV; 18 mart 2017)





