İngiltərə dərin dövləti Çanaqqala müharibəsində xüsusi istehsal edilmiş zəhərli mismardan istifadə etdi. Bunlar ucbatından şəhid və qazi olan bir çox igidimiz oldu. Çanaqqalada sırf 12 min igidimiz İngiltərə dərin dövlətinin istifadə etdiyi zəhərli mismarlar ucbatından ayağını itirib qazi oldu.

(A9 TV; 18 mart 2017)

Allahın dininə deyil, atalarından öyrəndikləri batil sistemə uymaq istəyirlər. Bu müşrik əxlaqıdır, bu əxlaq İslam aləminə fəlakət gətirir. (Bəqərə surəsi, 170: Nə vaxt onlara: “Allahın nazil etdiklərinə tabe olun!” deyilsə, onlar: “Xeyr, biz atalarımızı üzərində gördüyümüz şeyə (ənənəyə) tabe olarıq” deyərlər. (Bəs) ataları heç nə anlamayıb, doğru yola da yönəlməyiblərsə necə?)

(A9 TV; 17 mart 2017)

Mövhumatçı sistemin xüsusiyyəti haşa Allahın dinini bəyənməmək və haşa Allaha din öyrətməkdir. İslam, Quranda bildirilən dindir. (Hucurat surəsi, 16: De: “Siz Allaha dininizi öyrədəcəksiniz? Halbuki Allah göylərdə və yerdə olanları bilir. Allah hər şeyi biləndir”.)

(A9 TV; 17 mart 2017)

Allah Quranda heç nəyi nöqsan buraxmayıb. Quran açıq və kafidir. (Ənam surəsi, 38: Yer üzündə elə bir canlı və iki qanadı ilə uçan elə quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç nəyi nöqsan buraxmadıq, sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.)

(A9 TV; 17 mart 2017)

Allah; “təkcə Qurandan sorğu-sual ediləcəksiniz” deyə buyurur. Buna baxmayaraq, Qurana görə deyil, insanların hökmünə görə hərəkət edirlər. (Zuxruf surəsi, 44: “Eləcə də, şübhəsiz ki, o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual ediləcəksiniz”.)

(A9 TV; 17 mart 2017)

Mövhumatçı sistemdə hər biri ayrı hökm çıxardır. Biz bu şəxslərin düşüncəsinə deyil, Allahın sözünə güvənirik. Quranda olmayan hökmlərlə ortaya çıxdıqları üçün milyonlarla insanın İslamı yaşamasına mane olurlar. Bu çox böyük günahdır.

(A9 TV; 17 mart 2017)

Bir-birlərinə güvənməyən, hörmət göstərməyən insanların bir-birlərini səmimi-qəlbdən sevməsi mümkün deyil. Allah qorxusu və sevgisi olmadıqca tez-tez bir-birlərinə telefonla nəzarət edir, “indi haradasan, kiminləsən” deyirlər, qarşısındakının söylədiklərinə inanmırlar. İman olmadıqca güvən və sevgi olmur. Sevgidən anladıqları dalaşmaq, bir-birini ittiham etməkdir. Gün boyu bir-birləriylə didişirlər. Sevgi və ehtiras möminlərə məxsus nemətlərdir.

(A9 TV; 17 mart 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)