İslam aləmində bəzilərini mehdiyyət təşvişi bürümüşdür, lakin dəccaliyyətin fitnəsinə heç fikir vermirlər. Dəccaliyyət tarixin ən böyük fitnəsidir.
(A9 TV; 16 mart 2017)
İslam aləmi parça-parça olub, məzlumlar dənizlərdə boğulur, zülm baş alıb gedir. Müsəlmanların çoxu buna heç diqqət etmir.
(A9 TV; 16 mart 2017)
Axırzaman münafiqləri çox azğın xarakterlidir. Küfr əhli də münafiqləri çox işə yararlı gördüyü üçün qidalandırar və yönləndirər.
(A9 TV; 16 mart 2017)
Dəccal (haşa) Məsihlik və İlahlıq iddiası ilə ortaya çıxacaq. Türkiyə mehdiyyətin mərkəzi olduğu üçün Dəccalın hədəfindəki bir ölkədir.
(A9 TV; 15 mart 2017)
Mən qadınlara həmişə prioritet tanıyıram. Qadınlar mənim üçün çox dəyərlidir.
(A9 TV; 15 mart 2017)
Hz. Süleymanın təbliğ üsulu gözəllik, incəsənət, zənginlik, estetika, keyfiyyət və ehtişam idi. Memarlıqda, incəsənətdə həmişə mükəmməllikdən istifadə etdi.
(A9 TV; 15 mart 2017)
İslam azadlıq, sevinc, keyfiyyət və incəsənətdə ən yüksək nöqtə, hər gün bayram olması, hər yerdə ədalət, zənginlik, təhlükəsizlik olması deməkdir.
(A9 TV; 15 mart 2017)
Quranda rəcm (daşlama) cəzası yoxdur. Bu, müşrik adətidir. İslamda yoxdur.
(A9 TV; 15 mart 2017)
Allah dəstəmazı bir ayədə izah edir və çox asandır. Mövhumatçılar isə dəstəmaz üçün 600 səhifə kitab yazırlar, üstəlik hər məzhəbə görə də fərqlidir. İnsanlar da buna baxıb mən dəstəmaz alıb namaz qıla bilmərəm deyirlər. Qurandan kənar din anlayışı insanları İslamdan soyudur.
(A9 TV; 15 mart 2017)
Qurandan kənar din anlayışının hər cəhəti fəlakətdir; gülmək, rəqs etmək, rəsm əsəri, heykəl, musiqi, qadınların çölə çıxması, uşaqların şort geyməsi qadağandır. Saqqal kəsməyin, namaz qılmamağın cəzası ölümdür. Bunların heç biri Quranda yoxdur. Quranda olmayan din dünyanı cəhənnəmə döndərir.
(A9 TV; 15 mart 2017)





