“Ələvilər dindən kənardır” demək böyük böhtandır. Ələvilər tərtəmiz müsəlmandırlar, Allaha, Rəsulullah (s.ə.v)-ə və hz. Əliyə aşiq olan, nur kimi insanlardır.
(A9 TV; 15 mart 2017)
Qadın dünyanın ən gözəl bəzəyidir. Qadına qorxunc həyatı layiq görmək bütpərəstlərin adətidir. Bütpərəstlərin inancını İslama daxil etməsinlər.
(A9 TV; 15 mart 2017)
Öz aləmlərində qadınları mühasirəyə alıblar və haşa insan yerinə qoymurlar. Qadını öz aləmlərində elə dəyərsiz görürlər ki, necə döyülməli olduğunu öyrədirlər. Quranda qadının döyülməsi hökmü yoxdur. Qadın dəyərlidir.
(A9 TV; 15 mart 2017)
Dekolte əleyhinə olanların Qurandan kənar din anlayışlarına görə təkcə qadınlar deyil, gənc oğlan uşaqları da təcavüz mövzusu kimi görülür. Bunların azğın anlayışında rahatlamaq üçün qadının döyülməsi, qadınların həmişə alçaldılması, oğlan uşaqların da qapadılması lazımdır.
(A9 TV; 15 mart 2017)
And olsun ki, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da: “Şübhəsiz ki, ərzə təkcə Mənim saleh bəndələrim varis olacaqdır” deyə yazdıq. (Ənbiya surəsi, 105) Allah bu ayədə İslamın dünya hakimiyyətini və mehdiyyəti Tövrat və Zəburda bildirdik deyir. Bu səbəbdən, “mehdiyyət Tövratda gəldi, İsrailiyyətdir” deyənlər bu həqiqətin onsuz da Quranda xəbər verildiyindən bilgisiz davranırlar.
(A9 TV; 14 mart 2017)
Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.)
(A9 TV; 14 mart 2017)
Allah Quranda hz. Musaya tabe olan musəvilərdən Haqqa kömək edən, mehdiyyətə dəstək olan bir qrup olduğunu bildirmişdir. (Əraf surəsi, 159: Musanın qövmündən haqqa yönəldən və onunla ədalətli davranan bir camaat var.)
(A9 TV; 14 mart 2017)
Tale sonsuz uzun zamanın, sonsuz qısa zaman içində yaradılıb bitmiş olmasıdır.
(A9 TV; 14 mart 2017)
İnsan Allahın yaratdığı fitrətə müqavimət göstərsə pozular. Allah sevgisi, Allah qorxusu, səmimiyyət olmadıqda vücud dərhal tarazlığını itirər.
(A9 TV; 14 mart 2017)
Mehdiyyət hz. Adəmə, hz. İbrahimə, hz. İdrisə verilən səhifələrdə hz. Musaya, hz. Davuda, hz. İsaya endirilən kitablarda var. Bu mehdiyyətin haqq olduğunun sübutudur.
(A9 TV; 14 mart 2017)





