Qız dostlarım haram-halal məsələsində çox diqqətcildir. Həm məktəb təhsilləri yaxşıdır, həm də çox gözəl ruh tərbiyəsi alıblar. Qız dostlarımda ən cüzi kobud danışıq, nəzakətsizlik, davakar üslub heç vaxt görünməz. Fədakar, çalışqan, vəfalı və sadiqdirlər. Allah sevgisi ilə qəlbləri dolu olan, mənə də dəlisov coşğu ilə sevgi bəsləyən təmiz insandırlar.

(A9 TV; 21 sentyabr 2017)

Mövhumatçı zehniyyətin xalqa İslam deyə təqdim etdiyi həyat, hər cəhəti ağrı-acı, hər cəhəti bəla olan, Quranla heç bir əlaqəsi olmayan sistemdir. Dini yaşamağı sanki ölmək kimi gördükləri üçün “60-70 yaşına gəldikdə din yaşanar” deyə inanırlar. Bu sistemdə gülmək, əylənmək, musiqi, incəsənət, elm yoxdur, hər yer bərbad, baxımsız və zövqsüzdür. Halbuki İslam nəzakət, gözəllik, baxım, keyfiyyət, sevinc, müasirlik və ziyalılığın ən yüksək səviyyədə yaşandığı sistemdir.

(A9 TV; 21 sentyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)