Həmişə mükəmməllik istəyinə sahib olmaq möminin xüsusiyyətidir. Mömin sevgiyə, gözəlliyə və nemətə doymaz. Şükür etməyi də heç vaxt unutmaz.
(A9 TV; 22 sentyabr 2017)
Ehtiras və sevgi Allahı çox sevənlərə cənnətdən gələn lütfdür. Süni, ruhunu robotlaşdırmış insanların heç vaxt sahib ola bilməyəcəyi nemətdir.
(A9 TV; 22 sentyabr 2017)
Ehtiras Allaha dəlicəsinə aşiq olan və özü üçün yaşamayanların xüsusiyyətidir. Eqoist insanın sevgini bilməsi qeyri-mümkündür.
(A9 TV; 22 sentyabr 2017)
Təsiredici dərin baxış səmimi gözlərdə olar. Səthi yaşayan, naz etməklə təsir oyandıracağını zənn edən heç vaxt sevgini və təsir gücünü əldə edə bilməz.
(A9 TV; 22 sentyabr 2017)
Atatürk səmimi dindar idi, müasir və ziyalı idi. Əsgərlərimizin, gənclərin və xalqın dini düzgün öyrənməsi üçün İslami əsərlər çap etdirib paylamışdı.
(A9 TV; 22 sentyabr 2017)
Ömür, mömin üçün xüsusi hazırlanmış portretdir və sonu mütləq gözəl bitər.
(A9 TV; 22 sentyabr 2017)
Allah atomlardan çiçəklərə qədər hər yerdə böyük nizam və gözəllik olaraq təcəlli edir. Bunu ağlı ən zəif olan belə görər.
(A9 TV; 22 sentyabr 2017)
Allah sevgisi, Allaha aşiq olan üçün sirdir. İmanda səmimi olanlara verilən xüsusi elmdir. Bu elmi bilən böyük güc qazanar.
(A9 TV; 22 sentyabr 2017)
Dəccaliyyət dünyaya hakim olduğu üçün sevgisizlik və nifrət üslubu çox yerdə yayılıb. Mehdiyyət bu sevgisizliyi aradan qaldıracaq.
(A9 TV; 22 sentyabr 2017)
Qadınların mümkün olduğu qədər azad olduqları bir dünya ən böyük ideallarımdan biridir. Qadınların üzərindəki mərhəmətsiz təzyiqi qəbul etmirəm.
(A9 TV; 22 sentyabr 2017)





