İngiltərə dərin dövlətini ifşa etməyimizdən sonra ziyalılarımız mövzunun əhəmiyyətini gördülər və bizim qapını açmağımızla birlikdə cəsarətləndilər.
(A9 TV; 21 sentyabr 2017)
Qurana tabe olan müsəlman dünyadakı fitnənin aradan qalxması üçün gecə-gündüz səy göstərməklə məsuldur.
(A9 TV; 21 sentyabr 2017)
Nur surəsinin 55-ci ayəsinə görə İslam əxlaqı dünyaya hakim olacaq. Bu ayəyə görə müsəlman bu yolda elmi yolla səy göstərməklə məsuldur.
(A9 TV; 21 sentyabr 2017)
Bərzani rəhbərliyinin İraqın konstitusiyasına zidd olmasına baxmayaraq, referendumda israr etməsi beynəlxalq qanunlara da ziddir.
(A9 TV; 21 sentyabr 2017)
İngiltərə dərin dövləti Yaxın Şərqin, özünün təyin etdiyi valilərlə idarə olunan bir çox kiçik dövlətdən ibarət olmasını istəyir. Bununla yanaşı saxta bir xəlifə təyin edib, İslamı dəyişdirib dinsiz rumiliyi qəbul etdirməyi və İslamı yox etməyi planlaşdırırlar. Buna imkan vermərik.
(A9 TV; 21 sentyabr 2017)
Məktəblərdə din dərsləri gənclərə lazım olan əsas dünyagörüşünü öyrədəcək şəkildə olmalıdır. Bütün dinlər, məzhəblər öyrədilməlidir. Xristianın, musəvinin inancını, məzhəblərin tətbiqlərini və tarixi öyrənmədən yetişən bir gənc qonşusunun nəyə inandığını bilməmiş olar. Halbuki bir gənc məktəbi bitirəndə bütün dinlərin inanclarını, mədəniyyətlərini, həyat tərzlərini ən əsas ümumi dünyagörüşü kimi bilmiş olmalıdır.
(A9 TV; 19 sentyabr 2017)
Kommunist sistem hakim olduğu zaman insanların ruhu mexanikləşir, incəsənət, elm aradan qalxır, insanların yaşamaq sevinci bitir. Kommunizmin ictimai ədalət anlayışı isə Marksın Tövratdan aldığı modeldir.
(A9 TV; 19 sentyabr 2017)
Beynəlxalq münasibətlərdə hər zaman sülhü müdafiə edən, dostluğu əsas götürən sevgi üslubundan istifadə etmək lazımdır. O zaman hər anlaşmazlıq həll edilər.
(A9 TV; 19 sentyabr 2017)
Ermənistanın işğal etdiyi torpaqlar mütləq geri alınacaq və cinayət törədənlər mühakimə olunacaq. Azərbaycanlılar bizim qəlbimiz, baş tacımızdır. Türkiyə və Azərbaycan birləşəcək, gözəl birlik olacaq.
(A9 TV; 19 sentyabr 2017)
Tayyib hocam, Amerikada musəvi cəmiyyətinin qabaqcıl şəxsləri ilə görüşməklə çox yaxşı edib. Kitab əhli müsəlmanlara əmanətdir.
(A9 TV; 19 sentyabr 2017)





