Yunanlar bizim övladımız idi. Hamımızın birlikdə qardaşcasına yaşadığımız günlərə qayıtmaq istəyirik. Yunanistanla Türkiyə qardaş olsun. Cinayət törədənlər cəzasını mütləq alacaq. Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Yunanistan birləşsin, qardaş olaq.
(A9 TV; 22 sentyabr 2017)
Bizim israrla keyfiyyətin üzərində dayanmağımızı izləyərək Tayyib hocam da tez-tez keyfiyyət və təhsilin əhəmiyyətinə diqqət çəkir. Bu çox gözəldir. Tayyib hocamdan tezliklə Keyfiyyət və İncəsənət Nazirliyi yaratmasını xahiş edirik. Bunu bir addım olaraq başlasın, davamı çox gözəl gələr.
(A9 TV; 22 sentyabr 2017)
Məktəblərin daha keyfiyyətli və gözəl olması üçün şagirdlərə keyfiyyətli, mədəni, nəzakətli insanın necə dəyərli olduğu, belə dəyərli insanın cəmiyyət üçün niyə çox dəyərli olduğu vurğulansa hamısının içində özlərini inkişaf etdirmə istəyi yaranar. Zövqlə təhsil alarlar.
(A9 TV; 22 sentyabr 2017)
Qadın dünyanın bəzəyidir. Qadınlar hər yerdə gözəllik olaraq təzahür edəcəklər. Qadın həyatın hər sahəsində olacaq.
(A9 TV; 22 sentyabr 2017)
Ənənəçi ortodoks İslam anlayışında rəsm, heykəl, musiqi, rəqs, fotoşəkil çəkdirmək, gözəl süfrələr başında əyləşmək, şən olmaq qadağandır. Bu sistemdə düşünmək, oxumaq, elm də qadağandır.
(A9 TV; 22 sentyabr 2017)
İslamı elə tanıtdılar ki, müsəlman deyildikdə ağıllarına incəsənət, elm və gözəllik əleyhinə çıxan biri gəlir. Bu, İslam deyil, şirk dinidir. Quran müsəlmanlığında incəsənətin ən gözəli, elm, keyfiyyət, müasirlik, ziyalılıq, gözəllik, sevinc və azadlıq var.
(A9 TV; 21 sentyabr 2017)
Mənim idealım dünyada bütün müharibələrin bitməsi, din, dil, irq ayrı-seçkiliyinə əsaslanan düşmənçiliyin yox olması və hər kəsin zəngin, hər yerin cənnət kimi olmasıdır.
(A9 TV; 21 sentyabr 2017)
Mən hər məsələnin şəfqətlə və sevgi ilə həll edilməsini istəyən insanam.
(A9 TV; 21 sentyabr 2017)
Allah gözəlliyi sevər. Dünyanın bütün təfərrüatlarında düzgünlük və intizam var. İnsan fitrət olaraq təmizliyi və gözəlliyi axtarar.
(A9 TV; 21 sentyabr 2017)
Mən səmimi müsəlmanam, hər yerdə sülh, ictimai ədalət hakim olsun, hər yer bağ-bağça olsun, insanlar bir-birlərinə güvənsinlər, heç kim kimsədən qorxmasın, hər yerdə incəsənət əsərləri olsun, dünya gözəlləşsin istəyirəm.
(A9 TV; 21 sentyabr 2017)





