Münafiq cəmiyyət mikrobudur. Ucuz mənfəətlərini təmin etmək üçün ən böyük ləyaqətsizliyi belə qəbul edər.
(A9 TV; 19 sentyabr 2017)
Gənclərin vicdan anlayışları, mərhəmətə, sevgiyə olan həsrətləri, sevinci, keyfiyyəti, incəsənəti axtarmaları Quran İslamını qəbul etdiklərini göstərir.
(A9 TV; 19 sentyabr 2017)
Müsəlman; “insanlar nə deyər?” deyə düşünməz, təkcə; “Allah nə deyər?” deyə düşünər və buna görə hərəkət edər.
(A9 TV; 19 sentyabr 2017)
İnsan vicdanına tabe olmadıqda fiziki və ruhi cəhətdən çökməyə başlayar. Vicdansızlığa bədən üsyan edər, vicdana tabe olduqda isə rahatlıq tapar.
(A9 TV; 19 sentyabr 2017)
Vəsvəsəni ciddiyə almaq yersiz olar. Vəsvəsə fikir verilmədiyi anda bitər.
(A9 TV; 19 sentyabr 2017)
Türkiyənin, keyfiyyətin ön planda olduğu müasir və ziyalı ölkə olması halında “Türkiyə əleyhinə olmaq” tamamilə aradan qalxar. Türkiyə Avropa kimi, müasir, qadın hüquqlarını qoruyan sevincin, gözəlliyin, incəsənətin yüksək səviyyədə olduğu bir ölkə olsa, Türkiyəyə qarşı oynanılan heç bir oyun müvəffəqiyyət qazanmaz.
(A9 TV; 19 sentyabr 2017)
Münafiq əqrəb kimi müsəlmanları sancmaq istəyər, lakin Allah hər dəfə öz zəhəri ilə münafiqin özünü boğar.
(A9 TV; 19 sentyabr 2017)
Cənnətdə tək bir ruhumuz, lakin hamısı bir-birindən gözəl olan minlərlə bədənimiz olacaq. Yuxuda necə fərqli bədənlər olur, lakin daxili bilgi olaraq bu mənimdir deyiriksə, cənnətdə də buna bənzər olacaq. Yuxunun öyrədici çox cəhəti var.
(A9 TV; 19 sentyabr 2017)
İnsanın ağlı zəifdir, Allahın ağlı sonsuzdur. Biz bir şeyin dərhal olmasını istəyərik, lakin Allah hadisələri ən doğru zamanda ən gözəl şəkildə yaradar.
(A9 TV; 19 sentyabr 2017)
Atatürk və Bədiüzzaman bir-birinə qarşı deyildi. Atatürk, Bədiüzzamana qiymətli alim olaraq dəyər verərdi.
(A9 TV; 19 sentyabr 2017)





