Qadının gözəl olmasını, baxımlı və cazibədar olmasını günah hesab edirlər. Halal olan cinsi əlaqəni günah kimi görürlər. Halbuki zina haramdır, halal olan cinsi əlaqə nemətdir. Gözəllikdən qorxan hala gəlmək həm fitrəti pozur, həm homoseksuallığın yayılmasına səbəb olur, həm də ruhları sağlam olmur.
(A9 TV; 15 oktyabr 2017)
İslamda himayədarlıq sistemi var. Hamı bir-birinə öz anası, atası, bacı-qardaşı, övladı kimi sahib çıxmaqla məsuldur. Bu əxlaq yaşandığı zaman dünyada kasıblıq, aclıq, yoxsulluq mövzusu qalmaz.
(A9 TV; 15 oktyabr 2017)
Allah sevgisi və Allah qorxusu olduqda mal xərcləndiyi, yığılıb toplanılmadığı üçün bazar ildırım sürəti ilə hərəkət edər. Durğunluq, böhran qalmaz.
(A9 TV; 15 oktyabr 2017)
Quran əxlaqı tam yaşandığı zaman işsizlik adlı problem qalmaz.
(A9 TV; 15 oktyabr 2017)
Mal toplama hərisliyi eqoist insanlarda müəyyən mənada ruhi xəstəliyə dönür. Pul əldə saxlanıldığı zaman bərəkətsizlik və iqtisadi böhran olar. Pul xərclənildikdə isə bütün dünyaya bərəkət gələr. Xərcləməkdən qorxmamaq lazımdır. Sən xərcləyəcəksən hər kəs xərcləyəcək o zaman heç kəs ehtiyac içində qalmaz. Xərcləndikcə zənginlik olar.
(A9 TV; 15 oktyabr 2017)
Gənc qızlar və qadınlar sevgiyə çox açıqdır, lakin ehtirasla sevə biləcəkləri dürüst, səmimi birini demək olar ki, heç vaxt tapa bilmirlər. Bəziləri vücudunu inkişaf etdirib əzələ çıxartdığı zaman heyrətamiz təsiredici olacağını zənn edər, ağılları və baxışları isə bomboş olar. Daha da acınacaqlısı buna baxmayaraq özlərini çox ağıllı zənn edib qadını aldada biləcəklərini zənn edirlər.
(A9 TV; 15 oktyabr 2017)
Bədiüzzaman həzrətləri özündən sonra hz. Mehdinin gələcəyindən çox əmindir və bu məsələdə heyrətamiz dərəcədə çox təfərrüat vermişdir. Hz. Mehdinin hicri 1400-cü ildə gələcəyini konkret şəkildə söyləmişdir. Ustadımız yüzlərlə səhifə mehdiyyətdən bəhs etmişdir.
(A9 TV; 15 oktyabr 2017)
Özləri aciz və yetərsiz olanların gözəlliyə qarşı heyrətamiz dərəcədə həsəd aparırlar. Belə tiplər təmizliyi, nəzakəti də bilmirlər. Nifrət və kin dolu insanların ağızlarından sanki kanalizasiya çirkabı axır.
(A9 TV; 15 oktyabr 2017)
Anadolu rumiliyi ilə ingilis rumiliyi iki ayrı şeydir. İngilis rumiliyində homoseksuallıq və darvinizm var, haramlar halal edilir və haşa özünü Allahdan üstün görmək var. Biz ingilis rumiliyini tənqid edirik, Anadolu rumiliyini deyil.
(A9 TV; 15 oktyabr 2017)
Özü üçün deyil, Allah və sevdikləri üçün yaşayan insan hər şeydən ifrat dərəcədə zövq alar. Yolun kənarındakı bir çiçək, xalçadakı bir təfərrüat, vazadakı estetika, hər şey, dərin düşünən insana çox zövq verər. Lakin bəziləri saraya da girsə, ruhu boş olduğu üçün heç nə hiss etməz. Gözəlliyi yaxşı seçə bilən insan keyfiyyətli insandır.
(A9 TV; 15 oktyabr 2017)





