Mehdi gəlməyəcək deyənlər mehdiyyətin haqq olduğunu bildikləri üçün bu qədər təşvişə qapılırlar. Həqiqətən Mehdinin gəlməyəcəyini düşünsələr bu məsələ ilə heç maraqlanmazlar. Mehdinin gələcəyini, əlamətlərin hamısının reallaşdığını bildikləri, bundan əmin olduqları üçün “Mehdi gəlməyəcək” deyə hay-küy salırlar.

(A9 TV; 17 oktyabr 2017)

Dünya iki günlük imtahan yeridir. Hər şeyə xeyir gözü ilə müsbət baxmaq lazımdır. Allah hər şeyi xeyirlə yaradar. Depressiyanı qəbul etməmək, nə dediyini bilməyən dəyərsiz insanlara da əhəmiyyət verməmək lazımdır. Bilərəkdən qəzəbləndirməyə çalışan şeytanın adamlarına etibar etmək çox yersiz olar.

(A9 TV; 17 oktyabr 2017)

Hər məzhəbin haram və halalları bir-birindən fərqli olur. Dörd məzhəb də haqdır deyən insanın, bu dörd məzhəbin hökmlərinə tabe olması lazımdır. Birini tətbiq edib digərini tətbiq etməyən səmimi davranmamış olar. Təkcə bu məsələ belə ənənəçi sistemin necə çıxılmaz vəziyyətdə olduğunu göstərir. Quran kafidir, təkcə Qurana tabe olmaq kafidir.

(A9 TV; 17 oktyabr 2017)

Mədəndə işləyərkən həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər. Çökmə və yanğında imanını mühafizə edərək vəfat edənlər Allahın icazəsi ilə cənnət əhlindəndirlər.

(A9 TV; 17 oktyabr 2017)

Allah unudulmağı heç istəməz. Səni yaradanı unutmaq nə qədər ayıbdır. Allahı unutduğun an sanki beyninə ox sancılmış kimi olar. Həmişə Allah ilə birlikdə olunduğu zaman, sağlam, fərəh və xoşbəxt olunar.

(A9 TV; 17 oktyabr 2017)

Təvəkkülsüz və şirk içində yaşamaq insanın məhv olması deməkdir. Allah gün ərzində 2 saniyə belə unudulmaz. Allahı unudan insan özünü fəlakətin içinə atmış deməkdir. Gün ərzindəki problemlərin, qorxuların səbəbi Allahın unudulmasıdır. Allahı xatırlayan və zikr edən insan mütləq fərəhlik hiss edər.

(A9 TV; 17 oktyabr 2017)

Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır.

(A9 TV; 17 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)