Darvinist, materialist təhsilə son verilməsi lazımdır. Darvinizm PKK-nın əsas inancıdır. PKK, gəncləri kommunist ideologiyaya çəkərkən əvvəlcə darvinizmdən, materializmdən bəhs edir. Sizi Allah yaratmadı, ata-babalarınız kommuna halında yaşayan varlıqlar idi, biz də bu dövrə qayıdacağıq deyərək gəncləri maarifləndirir. Buna veriləcək cavab əks təhsildir. Bir insan bir anda PKK-lı olmur. PKK elmi təhsil verir, fikri olaraq razı salır. Buna qarşı elmi fəaliyyət görülməsə, qarşı təhsil verilməsə terrorun bitməsindən söhbət gedə bilməz.
(A9 TV; 18 oktyabr 2017)
Bacı-qardaşlarımız həqiqi İslama, Quran müsəlmanlığına alışmadıqları üçün həqiqi İslamı gördükləri zaman təəccüblənirlər. Dəhşət, nəzakətsizlik, incəsənətsizlik, keyfiyyətsizlik, təzyiq, əziyyət, şirk İslamında var. Quran müsəlmanlığında isə fərəhlik, sevinc, aydınlıq, keyfiyyət, nur, gözəllik, rahatlıq, azadlıq var. Haqq gəldi batil yox oldu. Quran İslamı, şirk İslamının əsassızlığını ortaya qoydu.
(A9 TV; 18 oktyabr 2017)
Nifrət dolu insanlar gözəl insanı və gözəlliyi təqdir edə bilməz və onların ağzından gözəl söz çıxmaz. Murdarlar dəstəsindən gözəl söz gözlənilməz. Murdarlar dəstəsinin murdarlığı həmişə öz başına tökülər.
(A9 TV; 18 oktyabr 2017)
Hər insan Allahın təcəllisidir. Gözəlliyi təqdir etməmək Allahın sənətinə qarşı hörmətdə qüsur etmək olar. Hər gözəl insanı, hər gözəl danışığı, hər gözəl günü, hər gözəlliyi anmaq, təqdir etmək Allahın bəyəndiyi əxlaqdır.
(A9 TV; 18 oktyabr 2017)
Müsəlmanlar bütöv olduğu vaxt dəccaliyyətin İslam aləmi üzərində təsiri olmaz. Lakin parça-parça olsalar kiçik tikələr halına gələr və tez udularlar. Buna görə də, biz istəyirik ki, İslam aləmi birlik olsun və elmlə, irfanla dəccaliyyətin boğazına ilişsin. Bu birlik mehdiyyətdir, müsəlmanlar təkcə Mehdi ətrafında birləşib bütöv ola bilər. Allahın hökmü müsəlmanların həmrəy olmasıdır.
(A9 TV; 18 oktyabr 2017)
Hər yer Allah ilə gözəl olar. Dünyanın ən gözəl yerinə də getsən Allah qorusun Allah eşqi, Allah sevgisi və Allah qorxusu yoxdursa ora insan üçün cəhənnəm kimi olar.
(A9 TV; 18 oktyabr 2017)
Şeytan ruh sahibi deyil. Ölü varlıqdır. Zombidir.
(A9 TV; 18 oktyabr 2017)
Münafiq arsızlığının ən əhəmiyyətli nümunələrindən biri də Peyğəmbərimiz (s.ə.v)-i fitnə üçün qurduqları öz məscidlərinə dəvət etmələridir. Özlərinin daha təqvalı olduğunu iddia edir və Rəsulullah (s.ə.v)-i də bu məscidə dəvət edirlər. Halbuki bu məscidə silah toplamış və Peyğəmbərimiz (s.ə.v)-i şəhid etməyi qarşılarına məqsəd qoyublar.
(A9 TV; 18 oktyabr 2017)
Münafiq çox namərd və əxlaqsızdır. Möminləri öz aləmində doğru yoldan çıxartmaq üçün şeytanın quyruğu kimi hərəkət edir. Özü inanmadığı halda möminləri Quranla azdırmağa çalışar.
(A9 TV; 18 oktyabr 2017)
Mehmetcik getdiyi yerə bərəkət gətirər. Türk ordusunun ayaq basdığı yerə nur gələr.
(A9 TV; 18 oktyabr 2017)





