Eqoistlik insanı başdan sonra qədər çirklədər. Altruist (öz mənafeyini unudub başqalarının qeydinə qalmaq) olan insan mütləq Allaha iman gətirər, mütləq qoruyan olar, mütləq fədakardır. İnsana yaraşan altruist olmaqdır. Eqoist insan çox təhlükəlidir.

(A9 TV; 21 oktyabr 2017)

Mən heç bir kitabımdan müəlliflik haqqı almıram. Bütün kitablarım internetdə pulsuz yayımlanır. Heç bir malım, mülküm yoxdur. Mən pulu toplamaram. Pul toplanılmaz, Allah yolunda xeyir və gözəllik üçün dərhal xərclənər. Ən kiçik malım belə olduğu zaman onu dərhal Allah üçün xərcləyərəm.

(A9 TV; 21 oktyabr 2017)

Ölümü düşünmək mühümdür. İnsana Allah sevgisini, Allah qorxusunu və bundan irəli gələn dəlisov ehtirası, sevməyi və sevilməyi qazandırar. Allahın dünyanı yaratmaqdakı məqsədi də insanın bu ehtirası və sevgini qazanmasıdır.

(A9 TV; 21 oktyabr 2017)

Qadınların üzərində o qədər güclü təzyiq vardır ki, tək çıxış yolları baxımsız olmaq, özünə diqqət yetirmədən yaşamaq olur. Baxımlı, cazibədar, özlərinə diqqət yetirdikləri zaman çox sayda insan onları günahkar kimi görür. Qadının gözəlliyini əlindən almağa qəti qərar veriblər. Qadınları əzən bu zehniyyəti elmlə, irfanla tamamilə yox edəcəyik inşaAllah.

(A9 TV; 21 oktyabr 2017)

Qadın tərk edilməz, qadını tərk etmək mənəvi ölümdür. O sənə sevgi ilə bağlanmış, Allah onu sənə əmanət etmişdir. Necə tərk edərsən? Bu çox ağır vicdansızlıq olar. Qadını tərk etmək demək, insanın ağlını, vicdanını hər şeyini tərk etməsi deməkdir.

(A9 TV; 21 oktyabr 2017)

Müsəlmanların dəccaliyyətə qarşı güclü olduqlarını bilmələri lazımdır. Dəccaliyyəti gözdə böyütmək olmaz. Biz İngiltərə dərin dövlətinin elmlə, irfanla üstünə getdik dərhal ifşa olmağa başladılar. Təşvişə qapıldıqları bir-birinin ardınca etdikləri həmlələrdən də görünür.

(A9 TV; 21 oktyabr 2017)

Bölgədə kommunist, dinsiz bir kürd dövləti yaratmaq istədikləri aydın görünür. Biz bunu illərdir deyirik, əsas məqsəd budur deyə. Onların istədiyi müsəlman ölkələrin arasında kommunist dövlət yaratmaqdır, kürdləri müdafiə etmək deyil. Lakin bu çox mühümdür ki, buna qarşı ideoloji təhsil olması şərtdir. İdeoloji təhsilin əsas olduğunu bu hadisədə də görürük: Kərkükdə peşmərgənin ideoloji təhsili olmadığı üçün İraq ordusu gəldikdə geri çəkildi. PKK da oraya gəldi, onlar bir qrup və sayca az olmalarına baxmayaraq qaçmırlar. Niyə? Çünki ideoloji təhsil alıblar. Yanlış da olsa bir inanc qazanmışlar. Buna qarşı ediləcək əsas şey əks ideoloji təhsil verərək inancı güclü nəsil yetişməsidir. Silahlı mübarizə ilə məsələ həll olunmaz. Lakin əks ideoloji edilsə inanclı, əzmli, şüurlu nəsil yetişdirilsə müvəffəqiyyət qəti olar. Bu təhsil mütləq Qurana əsaslanan müasir, ziyalı, incəsənəti və elmi ön plana çıxardan Quran müsəlmanlığı izah edilərək olmalıdır. Əgər ənənəçi ortodoks İslam anlayışı izah edilsə başarısızlıq qəti olar.

(A9 TV; 21 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)