Quranı ərəbcə oxumaq gözəllikdir. Lakin mənasını bilmirsənsə bu çox əzabdır. Quranı başa düşmək, həyata keçirmək əhəmiyyətlidir. Allah Quranı başa düşək deyə açıq və aydın etmişdir.
(A9 TV; 21 oktyabr 2017)
Bir insana Allahı sevdirmək istəyirsinizsə əvvəlcə özünüzü sevdirin. İnsan sevdiyinin inancına müsbət baxar, müqaviməti sınar və sevə-sevə qəbul edər.
(A9 TV; 21 oktyabr 2017)
Məşvərət etmək çox böyük nemətdir. Məşvərət etdiyin zaman təkcə bir beynin deyil, 5-10 beynin gücündən birdən istifadə edərsən. Təkəbbürlü olan insanlar doğrunu başqasının görməsini xoşlamazlar. Bu xoşlarına gəlmədiyi üçün məşvərət etsələr və doğrunu görsələr belə öz ağıllarına tabe olarlar.
(A9 TV; 21 oktyabr 2017)
Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; “Allah sizə çətinlik istəməz, asanlıq istəyər” deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar.
(A9 TV; 21 oktyabr 2017)
Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir.
(A9 TV; 21 oktyabr 2017)
Münafiq öz aləmində müsəlmanlarla mübarizə aparmaq üçün Quran ayələri paylaşar. Şeytana dəstək vermək üçün ayələrdən nümunə verər, lakin bu zaman Qurandan paylaşım edərək müsəlmanlara xidmət etmiş olar. Allah beləliklə oyunlarını başlarına keçirdər.
(A9 TV; 21 oktyabr 2017)
Xristianlıq həqiqi isəvilik, musəvilik həqiqi musəvilik, müsəlmanlıq da həqiqi müsəlmanlıq olaraq güclənməlidir. İngiltərə dərin dövlətinin zehniyyətindəkilər “dialoq” deyərək hər 3 dindən də bəzi yerləri çıxardıb azaldaraq yeni sistem ortaya çıxardır. Dialoq dedikləri dinlərdən nə isə azaldaraq Allahın söyləmədiyi bir din ortaya çıxartmaqdır. Allahın endirdiyinə tam tabe olmaq lazımdır.
(A9 TV; 21 oktyabr 2017)
Tayyib hocama qarşı oyun oynayıb millətimizi də arxalarına sala biləcəklərini zənn edənlər yanılırlar. Tayyib hocamın min bir zəhmətlə yaratdığı sistem üzərinə yerləşməyə çalışmaq çirkindir. Ziyalılığa qibtə edən, müasirlik adı altında darvinist İslamı müdafiə edən şəxslər ortaya çıxıb Tayyib hocama rəqib olacaqlarını, millətə təsir edə biləcəklərini zənn edirlər. Millətimiz belə şəxslərə etibar etməz. Müvəffəqiyyətli ola bilməzlər. Millətimiz İngiltərə dərin dövlətinin zehniyyətini heç vaxt qəbul etməz. Tayyib hocamı öz aləmlərində zərərsizləşdirməyə çalışanların çoxunda bu zehniyyət var. Millətimiz təkcə milli fəlsəfəyə sahib çıxar. Türkiyə milli siyasətlə lider olacaq.
(A9 TV; 21 oktyabr 2017)
Tövratda münafiqlərin əxlaqsızlığından bu cür bəhs edilir: Təkəbbürlü, lovğa olanları uzaqlaşdıracağam aralarından… Bir daha lovğalanmayacaqlar. Orada təkcə Mənim adıma sığınan həlim və təvazökarları saxlayacağam. (Sefenya, 3:11-12)
(A9 TV; 21 oktyabr 2017)
Gənclərə tövsiyəm Allahı çox sevsinlər. Allahı çox sevsələr, Allahla dost olsalar hər məsələ həll olunar.
(A9 TV; 21 oktyabr 2017)





