Bölgədə kommunist, dinsiz bir kürd dövləti yaratmaq istədikləri görünür
Bölgədə kommunist, dinsiz bir kürd dövləti yaratmaq istədikləri aydın görünür. Biz bunu illərdir deyirik, əsas məqsəd budur deyə. Onların istədiyi müsəlman ölkələrin arasında kommunist dövlət yaratmaqdır, kürdləri müdafiə etmək deyil. Lakin bu çox mühümdür ki, buna qarşı ideoloji təhsil olması şərtdir. İdeoloji təhsilin əsas olduğunu bu hadisədə də görürük: Kərkükdə peşmərgənin ideoloji təhsili olmadığı üçün İraq ordusu gəldikdə geri çəkildi. PKK da oraya gəldi, onlar bir qrup və sayca az olmalarına baxmayaraq qaçmırlar. Niyə? Çünki ideoloji təhsil alıblar. Yanlış da olsa bir inanc qazanmışlar. Buna qarşı ediləcək əsas şey əks ideoloji təhsil verərək inancı güclü nəsil yetişməsidir. Silahlı mübarizə ilə məsələ həll olunmaz. Lakin əks ideoloji edilsə inanclı, əzmli, şüurlu nəsil yetişdirilsə müvəffəqiyyət qəti olar. Bu təhsil mütləq Qurana əsaslanan müasir, ziyalı, incəsənəti və elmi ön plana çıxardan Quran müsəlmanlığı izah edilərək olmalıdır. Əgər ənənəçi ortodoks İslam anlayışı izah edilsə başarısızlıq qəti olar.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(davamı…)