Hz. Yusifin ağıl keyfiyyəti çox yüksək idi. Çox kəskin və ağıllı baxırdı. Qadınlara təsir edən də gözəlliyindən daha çox yüksək ağıl sahibi olması və şəxsiyyətinin keyfiyyəti idi.
(A9 TV; 28 oktyabr 2017)
Sevgi insanı həyata bağlayar, canlı saxlayar, gözəlləşdirər, üzə heybət verər.
(A9 TV; 28 oktyabr 2017)
Əməllərin yazılması kağıza yazılma kimi deyil. Əməl dəftəri deyə xəbər verilən görünməyən bilgi mənbəyi də ola bilər. Necə ki, beynin içindəki ağıl görünmürsə, əməl dəftəri görünməyən quruluşa malik ola bilər və insanın etdiyi hər şeyi bildirər.
(A9 TV; 28 oktyabr 2017)
Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz.
(A9 TV; 28 oktyabr 2017)
Sungur Ağabəy Adnan Oktara: “Adnan qardaş, sən Zülqərneyn səddi oldun, zülm səni aşıb bizə gələ bilmir” demişdi.
(A9 TV; 28 oktyabr 2017)
Tayyib hocamın Suriya sərhədində inşa etdirdiyi divar müəyyən mənada Zülqərneyn səddidir. Zalımların, anarxistlərin hücumunun qarşısını almaq üçün inşa edilən hər sədd Zülqərneyn səddidir.
(A9 TV; 28 oktyabr 2017)
Müsəlmanların sevinci, gözəlliyi dəccaliyyətə elmi zərbədir. Qadınların azadlığı da dəccaliyyətə vurulan başqa elmi zərbədir. Çünki dəccaliyyət qadınları əzib homoseksuallığı yaymaq istəyirdi.
(A9 TV; 28 oktyabr 2017)
Şeytan maşın kimi ölü varlıqdır. Peşmanlıq duymaz. Şeytan xüsusi yaradılmış maşındır. Ona tabe olanlar bir cihaza tabe olmağın nə qədər böyük ağılsızlıq olduğunu düşünməlidirlər.
(A9 TV; 28 oktyabr 2017)
Mehdiyyət ən şəffaf, ən açıq halı ilə Quranda açıqlanmışdır. Nur surəsinin 55-ci ayəsində İslam əxlaqının dünya hakimiyyəti bildirilir. Bu hakimiyyət olduğu zaman müsəlmanların lideri Mehdi olacaq.
(A9 TV; 28 oktyabr 2017)
Allah Axırzamanda möminlərə İslamı izah etmək üçün çox geniş imkanlar verir. İnternet, televiziya, qəzetlər, jurnallar, smartfonlarla çox sayda insana təbliğ etmək imkanı Axırzamanın nemətlərindəndir.
(A9 TV; 28 oktyabr 2017)





