Nəfs hər cür mənfi bilgini özündə saxlayan sərt disk kimidir. Əgər insan ölü varlıqdırsa ona nəfs verildiyi zaman, o robot varlıq pis olan bilgini mütəmadi tətbiq edər, hər mənfi əmri yerinə yetirər. Lakin ruh sahibi mömindirsə nəfsin hər əmrinə qarşı vicdanı ilə müqavimət göstərər.
(A9 TV; 27 oktyabr 2017)
İnsanların bir hissəsində cəmiyyətin əksəriyyətinə tabe olma və dərin düşünməmə səhvliyi var. Ətrafındakıların əksəriyyətinin ölü olduğunu görə bilmir. “Bu insan professordur” deyir və arxasınca gedir. Halbuki, professor dediyi o insan ölü olur. Əslində ruh sahibi olanlara, dirilərə tabe olmaları lazımdır.
(A9 TV; 27 oktyabr 2017)
Möminin yaşadığı hər an xeyirdir. Başına hər nə gəlsə də xeyirdir. Küfr əhli də hər nə etsə də özü üçün bəlaya dönər. Avtomobil alar bəla olar, ev alar bəla olar. Möminin isə həyatının hər dəqiqəsində xeyir var.
(A9 TV; 27 oktyabr 2017)
Allah ilə əlaqə olmadığı zaman nə etsən də heç nədən zövq ala bilməzsən. İnsan əylənirmiş kimi görünər, lakin əzab çəkər. Çünki əylənirmiş təqlidi etmək də əzabvericidir. Allaha sevgi ilə bağlı olmadıqdan sonra dünyada heç bir insan üçün hüzur, rahatlıq, sağlamlıq olmaz.
(A9 TV; 27 oktyabr 2017)
Çətinliklə qarşılaşan insan əvvəlcə şirkdən təmizlənib Allaha sığınmalıdır. Çətinliyi Allahın yaratdığını bilsən, “Allah yaratdı, Allah həll edəcək, Allah lazım olanı edəcək, xeyirlə bitəcək” desən, o çətinlik asanlığa dönər. Lakin özün çətinliklə mübarizə apardığını zənn etsən onun içində boğularsan.
(A9 TV; 27 oktyabr 2017)
Səudiyyə Ərəbistanın mötədil İslama üz tutması mehdiyyətin böyük müvəffəqiyyətidir.
(A9 TV; 27 oktyabr 2017)
Uşaqlığımızdan etibarən İslam fitrəti ilə dünyaya gələrik. Kömək etdiyimiz zaman fərəhlənər, kömək etmədiyimiz zaman boğularıq. Çirkin əxlaqdan narahat olarıq. Dürüstlüyü istəyərik, yalandan narahat olarıq. Fitrətimizin tələbi olaraq İslamı bilər və yaşayarıq.
(A9 TV; 27 oktyabr 2017)
Ənənəçi ortodoks sistemin olduğu bütün ölkələr bir-bir dağılır. Allah, Allaha və Qurana qarşı olan bir sistemə müvəffəqiyyət verməz. Liviya, Suriya, İraq, Əfqanistan, Yəmən həmişə bu sistem ucbatından parça-parça oldu. Türkiyə isə ziyalı, müasir, həqiqi İslamın yaşandığı və mehdiyyətin kölgəsində olduğu üçün bu bəlaya düşmür.
(A9 TV; 27 oktyabr 2017)
Quranın kafi olmadığını deyənlər Qurana qarşı mübarizə aparmış olarlar. Qurana qarşı aparılan mübarizəni heç vaxt qəbul etmərik. Biz hədisləri tamamilə inkar etmirik. Qurana uyğun olan hədisləri qəbul edir, uyğun olmayan hədisləri qəbul etmirik. Peyğəmbərimiz (s.ə.v) Qurana uyğun olmayan söz söyləməz.
(A9 TV; 27 oktyabr 2017)
Qurana uyğun sünnəni qəbul edər, Qurana uyğun olmayanı qəbul etmərik. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır. Quranda qadağan olmadığı halda gözəl sənətləri, musiqini, sevinci, qadın azadlığını qadağan edən zehniyyət Peyğəmbərimiz (s.ə.v)-ə deyil, bütpərəstlərin ənənələrinə tabe olmaqdır.
(A9 TV; 27 oktyabr 2017)





