Qurana görə müsəlman, Çindəki bir insandan öz oğlu, öz qızı, öz anası kimi məsuldur. Bu gözəl hökmdür. Allah gözəl əxlaqdan bəhs edir. Həmçinin Allah ehtiyacdan artıq qalanı infaq edin və malı toplayıb yığmayın deyir. Bu hökmlər tətbiq olunduğu zaman dünyada aclıq, yoxsulluq, kasıblıq deyə bir məsələ qalmaz.

(A9 TV; 29 oktyabr 2017)

Quranı anlamaq üçün səmimi olmaq kifayətdir. Ağlınızda ən yaxşı, ən müasir, ən ziyalı, ən zövqlü, ən keyfiyyətli insan modelini canlandırın, Quran bu ideal insan modelindən bəhs edər.

(A9 TV; 29 oktyabr 2017)

Dünyanın ən ağıllı, ən mükəmməl, ən nəzakətli, ən yaxşı insanı necə olunsa Allah elə olmağımızı istəyir. Müsəlman dedikdə, insanların ağlına müəyyən görünüşdəki hacı ana və hacı atalar gəlir. Halbuki Allahın Quranda bildirdiyi müsəlman modeli ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan, ağıllı düşünən, üfüqü geniş, həyatdan zövq alan, dərin və nəzakətli insandır.

(A9 TV; 29 oktyabr 2017)

Respublika günümüz mübarək olsun. Allah dövlətimizi Qiyamətə qədər daim etsin. Bayramımız mübarək olsun. Allah təkrar-təkrar təkrarlarına nail etsin.

(A9 TV; 29 oktyabr 2017)

Səmimi sevgiyə heç kim müqavimət göstərə bilməz. Əgər ruh sahibidirsə ən sərt qəlbli insan belə sevgi qarşısında yumşalar. Sevginin təsir gücü qarşıdakının səmimiyyəti ilə düz mütənasibdir. Filmlərdən öyrənilən süni ifadələrlə sevgi göstərildiyi zaman bu qəzəbləndirici olar. Səmimi sevənin tək bir baxışında belə heyrətamiz güclü sevgi var.

(A9 TV; 28 oktyabr 2017)

İnsan əylənərkən də, musiqi dinləyərkən də Allaha yaxındır. Ənənəçi ortodoks İslamı müdafiə edənlərin isə söylədikləri ilə yaşadıqları bir-birinə uyğun deyil. Öz düşüncələrinə görə hökm verirlər. Qurana görə, din hər yerdədir, Allah hər yerdə zikr edilər.

(A9 TV; 28 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)