Quranda təsvir edildiyi kimi Allah üçün sevirsənsə, qarşındakı da mütləq səni sevər. Səmimi sevənə qarşı heç kim müqavimət göstərə bilməz. Həqiqətən sevənə müqavimət göstərən tarixdə görünməmişdir. Səmimi sevgiyə hər zaman ehtiras və coşğu ilə qarşılıq olar.
(A9 TV; 27 oktyabr 2017)
Ehtiras və ehtirası alma gücü möminlər üçün yaradılmış xüsusi nemətdir. Cənnət gözəlliyidir ehtiras. Ehtirasdan anlamayan insana sevgi bəslənilməz. O insan sevilməyə layiq deyildir.
(A9 TV; 27 oktyabr 2017)
Eqoist insanın dilində eşq sözünün olması bir şey ifadə etməz. Eqoist insan sevgini və eşqi yaşaya bilməz, sadəcə filmlərdə gördüyü şeyləri təqlid edər.
(A9 TV; 27 oktyabr 2017)
Verilişlərinizdə qadınlar olmasın deyirlər. Nə üçün deyirik. Din izah edilən yerdə qadın olmaz deyirlər. Qadına hər şeyi qadağan ediblər. Qadın məsciddə də olmaz, dəfn mərasimində də olmaz deyə hökm verirlər. Sən niyə olursan dediyimiz zaman mən kişiyəm deyirlər. Bu, Quranın dini deyil. Bu, Abbasilərdən, Əməvilərdən gələn batil ənənələrdir. Peyğəmbərimiz (s.ə.v) dövründə qadınlar həyatın hər yerində idi. Cihada birlikdə gedir, Həccə birlikdə gedir, birlikdə dəstəmaz alırdılar.
(A9 TV; 27 oktyabr 2017)
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır.
(A9 TV; 27 oktyabr 2017)
Qurana görə örtünmə qadının zəruri hesab etdiyi hallarda, çölə çıxdığı zaman, çarşabla müvəqqəti müddət üçün örtünməyi zəruri edir. Nur surəsinin 31-ci ayəsi isə qadına mümkün qədər azadlıq verən bir ayədir və bu ayədə hicab hökmü yoxdur. Qurana görə qadın əmin-amanlıqda hiss edirsə azad yaşayar. Əmin-amanlıqda hiss etmədiyi zaman isə çarşabla bütün saçını və bədənini örtər. Bizim dinimiz Əməvi, Abbasi ənənələrinə görə deyil, Qurana görədir. Biz Qurana görə yaşayacağıq.
(A9 TV; 27 oktyabr 2017)
İran və Türkiyənin birləşməsi bölgənin hüzuru və əmin-amanlığı üçün mühümdür. PKK-ya qarşı mübarizədə də bu ittifaq əhəmiyyətlidir. Bu iki böyük ölkənin ittifaq etməsi ilə, PKK çox qısa müddətdə zərərsizləşdirilə bilər.
(A9 TV; 27 oktyabr 2017)
Xızır hz. Mehdinin köməkçisidir. İsa Məsih də hz. Mehdinin köməkçisidir. Mehdi ilə müqayisədə Xızırın həyatı daha asandır. Xızırın əlindəki imkanların, bədəni və fiziki qabiliyyətlərinin normal insanla müqayisəsi qeyri-mümkündür. Allahdan vəhy alması da Xızır üçün heyrətamiz asanlıqdır. (Doğrusunu ALLAH bilər) İmtahanın əsas yeri dünya olduğu üçün Mehdinin imtahanı Xızırla müqayisədə çox çətindir.
(A9 TV; 27 oktyabr 2017)
Quranda duaların qısa olduğu başa düşülür. Peyğəmbərlərin dualarına baxıldığı zaman da qısa, əsaslı və hikmətli dua etdiklərini görürük. “Ey Rəbbim, hər şeyin ən gözəli, ən xeyirlisi, ən çoxunu nəsib et” deyə dua edildiyi zaman, bu hər gözəlliyi əhatə edən duadır. Lakin insan ehtiyacı olan, acizliyi olan məsələlərdə Allahdan tək-tək də dua edərək istəyə bilər.
(A9 TV; 27 oktyabr 2017)
Məqsədsiz, hədəfsiz yaşamaq çox qorxuncdur. Belə insanları gözəlliklə danışaraq, izah edərək razı salmağa çalışmaq çox yaxşı olar. İnsan onsuz da ruh sahibidirsə, öz mövcudluğundan xəbərdardırsa, izah edildiyi zaman dərhal anlayar, lakin ruh sahibi deyildirsə onsuz da izah etmək də təsir yaratmaz. Bu cür insanları öz halına buraxmaq lazımdır.
(A9 TV; 27 oktyabr 2017)





