Bir taleyin içində olduğunu görə bilməyən, hər şeyi özünün etdiyini zənn edən insan həmişə gərginlik içində yaşayar. Bir kasetin içində yaşadığını unutduğu üçün, Allahın anbaan hər şeyi yaratdığını düşünmədiyi üçün canı yanır. Nəfsini, öz ağlını və bədənini bütləşdirən, hər şeyə özünün hakim olduğunu zənn edən insan şirkin içinə düşmüşdür.
(A9 TV; 28 oktyabr 2017)
Mehdiyyət dövründə himayədarlıq sistemi olacaq. Hər kəs hər kəsin qohumu olmuş olacaq. Küçədəki bir uşaq hər kəsin uşağı, küçədəki yaşlı biri hər kəsin atası olmuş olacaq. Himayədarlıq sistemində bu insanların hamısına sahib çıxmaq fərzdir.
(A9 TV; 28 oktyabr 2017)
İngiltərə dərin dövləti bütün millətin gözü qarşısında zərərsizləşir, görünməmiş möcüzə əmələ gəlir. Dəccalın pəncəsi hər yerdən tək-tək sökülür. Mehdiyyətin meydana gətirdiyi möcüzədir bu. Allahın sənətidir bu.
(A9 TV; 28 oktyabr 2017)
Zaman insan üçün qüvvədə olan məfhumdur. Allah dərgahında, əvvəl və sonra yoxdur. Zaman beynin bir şeyi digəri ilə müqayisə edib ortaya qoyduğu məfhumdur. Allah zamandan asılı deyil.
(A9 TV; 28 oktyabr 2017)
Mömin çətinliklərdən keçərək ən gözəl şəkildə yetişdirilər. Tərif edilə bilməyən möhtəşəm gözəllik olan sevgiyə qovuşmaq təkcə çətinliklərdən keçməklə mümkündür. Çətinlik yoxdursa məna boşluğu olar. Çətinlik vardırsa sevgi üçün lazım olan bütün zənginlik yaranar. Sevginin yetişəcəyi bağçada igidlik, dürüstlük, ağıl, dəyanət, səbir, vəfa, sədaqət kimi yüzlərlə xüsusiyyət olmalıdır. Bitki necə ki, minerallara ehtiyac duyursa, sevgi də bütün bu dəyərlərə ehtiyac duyar. Məsələn, eqoistlik vardırsa sevgi həmin anda ölər. Sevgi gəlib eqoistliklə toqquşduqda əriyib yox olar. Eqoistlik sevgini qara dəlik kimi sorub yox edər.
(A9 TV; 28 oktyabr 2017)
İnsan özünü səmimiyyətə təslim etsə qəlbi təbii olaraq Allah sevgisi ilə dolar. Dürüst şəkildə Allah sevgisinə özünü təslim edəni Allah çox gözəl yönləndirər. Diqqəti heç qapanmadan, Allahın həmişə çatdırdığı bilgini yaxşı təqib etmək əhəmiyyətlidir.
(A9 TV; 28 oktyabr 2017)
Kafirlər, münafiqlər ətdən yaranmış maşındır. Müəyyən mənada ətdən hazırlanmış kompüter kimidirlər. Bizim bildiyimiz mənada şüur sahibi deyildirlər. Xalq bunu bilmədiyi üçün çox sayda ölü ilə iç-içə yaşadığından xəbərsiz olur.
(A9 TV; 28 oktyabr 2017)
Ruh, şirk olan yerdə sıxılar. Allaha bağlanan kimi sıxıntı aradan qalxar. Sıxıntı vardırsa şirk bataqlığı vardır deməkdir. Dərhal Allaha sığınmalısan. Allaha sığındığın zaman şirk aradan qalxar.
(A9 TV; 28 oktyabr 2017)
Cənnətdə dünyadakı kimi səbəb-nəticə əlaqəsi yoxdur. Musiqi dinləmək üçün musiqi alətinin olması şərt deyil. Bir fincan da mahnı söyləyə bilər, ağaclar da. İnsan bir şeyi istədiyi zaman həmin anda olar. Dünyada ayaqqabı insanın ayağını qorumaq üçün mövcuddur, cənnətdə isə təkcə bəzək olaraq ayaqqabı geyinilər.
(A9 TV; 28 oktyabr 2017)
Kişilərdə qadınlara ən çox təsir edən şey ağıl, güvən, səmimiyyət, dərinlik və ehtirasdır. Ruhdakı dəli eşq həyəcanıdır. Sonsuza açılan coşğun sevgidir. Qadına ət-sümük təsir etməz.
(A9 TV; 28 oktyabr 2017)





