Yaşama sevinci Allahın mövcudluğundan irəli gələn sevincin adıdır. Bundan başqa, yaşama sevinci olmaz, çünki insan addım-addım ölümə gedən varlıqdır. Hər insan sanki edam qərarı verilmiş hücrədə gözləyən biri mövqeyindədir. Hər gün addım-addım ölümə gedər. İnsan təkcə Allahın ruhunu daşıyan varlıq olduğunu bilib əbədi yaşayacağını anladığı zaman yaşama sevinci qazanar. Allahın mövcudluğunu dərk etmədən “çox əyləndik” deyən insanlar təkcə əylənmə təqlidi edərlər. Heç vaxt əylənə bilməz və xoşbəxt ola bilməzlər.

(A9 TV; 30 oktyabr 2017)

Məşvərətlə hərəkət etmək ibadətdir. Məşvərət edildikdə yanlış qərar da çıxa bilər, lakin müsəlmanlar üçün həmişə xeyir olar.

(A9 TV; 30 oktyabr 2017)

İnsanlar səmimiyyəti çox tez unudar. Səmimiyyəti heç vaxt əldən buraxmamaq lazımdır. Müsəlman səmimiyyətə sarılmış halda gəzməlidir. Səmimiyyət unudulduğu zaman şirk, qorxular, bəlalar fəaliyyətə keçər.

(A9 TV; 30 oktyabr 2017)

Ölümü düşünmək insanın əxlaqını gözəlləşdirər. Gənclərin çəkdiyi bir çox ağrı-acının təməlində ölümü düşünməmək var. Ölümü unutduqları üçün “evlənə bilmədim, universitetə qəbul ola bilmədim, gözəl maşın ala bilmədim, səhv iş gördüm, iş sahibi ola bilmədim” deyə özlərini parçalayırlar. Nəticədə bir pərdə üzərində kölgə varlıqlarla yaşayırsan və bu pərdə hər an bitə bilər. O zaman bu təlaş niyə? Allah ölümü insanların dünyaya dair təlaşlarını aradan qaldırmaq üçün xüsusi yaratmışdır. İnsan ölümü düşünərək sabit, tutarlı və məqbul olar.

(A9 TV; 30 oktyabr 2017)

Ələvilər candır. Mənim dostlarımın çoxu ələvidir. Ələvi demək, aşiq, Allahı sevən, sevgi insanı deməkdir. Ələvilər fəzilətli, arif insandırlar, nəzakətlidirlər. Ələvi bacı-qardaşlarımız Türkiyənin bəzəyidir, onları çox sevirik.

(A9 TV; 29 oktyabr 2017)

Sıxıntı, Allahı unutmaqdan irəli gəlir. Allah, sıxıntını insan üçün xəbərdarlıq sistemi olaraq yaratmışdır. Şirk məntiqindən çıxıldığı zaman, hər şeyi Allahın etdiyi xatırlandığı zaman sıxıntı dərhal keçər.

(A9 TV; 29 oktyabr 2017)

Hədislərə baxdığımız zaman hz. Mehdinin saqqalının qısaldılmış və cəzmedilmiş olduğunu görürük. Peyğəmbərimiz (s.ə.v)-in təriflədiyi mübarək insana bənzəmək üçün ona bənzər şeylər etmək gözəldir. Peyğəmbərimiz (s.ə.v) saqqal saxlayarkən hz. İbrahimdən və hz. Süleymandan nümunə götürüb.

(A9 TV; 29 oktyabr 2017)

Dövrümüzdə xərçəngin müalicəsi getdikcə asanlaşır, lakin xəstələrə əhval-ruhiyyə verilməsi çox mühümdür. Xərçəng xəstələrinin əhval-ruhiyyəsini yüksək saxlamaq üçün həmişə müsbət və ümidvar danışmaq lazımdır. İmanı güclü xərçəng xəstələri bir yerdə olmaları xərçəng xəstələrinin bir-birilərinə daha çox əhval-ruhiyyə vermələrini təmin edər.

(A9 TV; 29 oktyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)