Axirəti və dünyanın məqsədini düzgün dərk etmələri üçün insanların əvvəlcə təməldəki baxış prizmalarını elmi, düzgün zəminə hakim etmələri lazımdır. İnsanlar maddə var, maddədən ruh meydana gəlir inancına sahibdirlər. Beynimiz olmasa hiss, duyğu, şüur olmaz zənn edirlər. Tam əksinə, ruhdan maddə əmələ gəlir. Əldə konkret olan dəlil ruhdur. Maddəyə aid konkret dəlil yoxdur. Lakin ruha aid konkret dəlil var. Maddə inanc olaraq var. Olması lazımdır deyirik. Nəyə görə? Beynimizin içində ruhun gördüyünə görə. Beynimin içində gördüyümə görə xarici aləmdə də olması lazımdır deyir insanlar. Dolayısilə maddə inanc olaraq var, ruh isə qəti konkret olaraq var. Ruhun meydana gətirdiyi görünüşə maddə deyirik. Bu elmi həqiqətdir. Bunu anlayan axirəti, dünyanın həqiqətini də çox dəqiq anlayar.

(A9 TV; 1 noyabr 2017)

Saytda axtarış
Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (davamı…)