Biz cahilik. Alim olan Allahdır. Allah elmimizi artırsın. Biz təkcə Allahın öyrətdiyi qədər bilərik.
(A9 TV; 3 noyabr 2017)
Ölən insanın arxasınca kədərlənmək Allahın yaratdığı taledən razı olmamaq mənasını verər. Ölümə kədərlənmək, (haşa) Allahın gözəlliyini bəyənməmək, öz ağlına daha çox güvənmək, Allahdan daha mərhəmətli və ağıllı olduğuna inanmaqdan irəli gələr. Bu, müsəlmanın heç vaxt etməyəcəyi rəftardır. Hər insanın sahibi Allahdır. İstədiyi vaxt alar, istədiyi yerə aparar.
(A9 TV; 3 noyabr 2017)
Hörmətli İsmayıl Kahraman, adı kimi qəhrəman və dəyərli insandır. Allah ona xeyirli, uzun, gözəl ömür nəsib etsin.
(A9 TV; 3 noyabr 2017)
Şəhidlərimizin şəhidlikləri mübarək olsun. Nə xoşbəxt ailələrinə, nə xoşbəxt onlara. Allah onlara ən gözəl məqamı nəsib edib.
(A9 TV; 3 noyabr 2017)
Müsəlman təkcə öz yaşadığı yerin, ölkəsinin, irqinin, cəmiyyətinin deyil, bütün dünyanın və bütün müsəlmanların xilas olmasını istəməklə məsuldur. Təkcə Fələstin, təkcə İraq, təkcə Suriya xilas olsun demək olmaz. Müsəlmanların hamısı xilas olsun, bütün dünya rahat olsun demək və bunun üçün İslam Birliyini istəməklə məsuluq.
(A9 TV; 2 noyabr 2017)
Mehdi siyasətə heç vaxt qarışmaz. Mehdi dünyaya İslam əxlaqının gözəlliklərini sevdirəcək. Dünyaya məhəbbəti, dostluğu, bacı-qardaşlığı, sevgini öyrədəcək.
(A9 TV; 2 noyabr 2017)
Eşq və ehtiras insanların içinə gizlənmişdir. Ağıllı möminlər bu gizliliyin içindən ehtirası dərhal tapar. Dünyanın ehtiras və eşqdən başqa yolla mənası yoxdur. Ehtiras və eşq yoxdursa sürünmə vardır. Eşq və ehtiras isə Allahın təkcə möminlərə məxsus yaratdığı nemətdir.
(A9 TV; 2 noyabr 2017)
Müsəlmanların içində hər zaman münafiq olar. Rəsulullah (s.ə.v) dövründə münafiqlik edənlər də Axırzamanın münafiqləri də axmaqlıqlarına doymurlar. 50-60 yaşına qədər çalışıb Peyğəmbərə və İslama xidmət edib, Peyğəmbərin və möminlərin varlanmasına səbəb olub, sonra içləri çürüyəndən sonra Peyğəmbərin yanından ayrılırlar. Bütün ömürlərini verir, sonra haşa Peyğəmbəri tənqid edərək ayrılırlar. Ayrılmaları Rəsulullah (s.ə.v) və möminlər üçün isə nemət olur, murdarlıqdan xilas olurlar. Tarixin ən axmaq cəmiyyəti münafiqlərdir. Münafiqlərin axmaqlığı təsdiqlənmişdir.
(A9 TV; 2 noyabr 2017)
Dəccaliyyət bütün dünyanı boğmuş vəziyyətdədir, insanların çoxu bilərəkdən və ya bilməyərəkdən dəccaliyyəti ört-basdır edir. Dəccaliyyəti ört-basdır etmək deyil, ifşa etmək lazımdır. Dəccalın ifşa edilib rəzilliklərinin çox yaxşı şəkildə göstərilməsi lazımdır. Hal-hazırda dəccaliyyət ilə mehdiyyət arasında davam edən canlı elmi mübarizə var. Bizdən başqa dəccaliyyəti bu qədər açıq və aydın izah edən yoxdur. Bizdən başqa dəccaliyyətin yeganə real həlli olan mehdiyyəti izah edən yoxdur.
(A9 TV; 2 noyabr 2017)
Xeyirli yaşamaq əhəmiyyətlidir. Qazana bilmədinsə eybi yoxdur, bacara bilmədinsə eybi yoxdur. Hərislik etmək düzgün deyil. Həll edə bilmədiyin kimi görünən iş vardırsa Allah onun olmasını istəmir. Allaha güvənmək lazımdır.
(A9 TV; 2 noyabr 2017)





