Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər.
(A9 TV; 3 noyabr 2017)
Allahı heç vaxt tərk etməyəni Allah heç vaxt tərk etməz. Allahı bir an belə tərk etməmək əhəmiyyətlidir. 5 dəqiqə tərk etmək belə çox böyük vicdansızlıq və nankorluqdur. Həyatın əlində olanı necə tərk edərsən? Hər şeyini Yaradanı necə tərk edərsən? Hər an kəskin diqqətlə Allah ilə əlaqədə olan həmişə xoşbəxt yaşayar.
(A9 TV; 3 noyabr 2017)
İnsan baxdığı zaman Allahın mövcudluğunu dərhal anlayacaq şəkildə yaradılmışdır. Lakin iki cür insan var. Bir ölü insanlar. Bir də Allahın ruhu ilə dəstəklənən, ruh sahibi olan Allahın qulları. Ölü insanlar sayca çoxluq təşkil edir. Cəmiyyətdə ruh sahibi olanlar azdır. Lakin ruh sahibi olanlar Quranı və Allahın mövcudluğunu dərhal anlayar. Onlar imanı rahat qəbul edəcək şəkildə yaradılıblar.
(A9 TV; 3 noyabr 2017)
Avropalıları da, amerikalıları da sevmək və şəfqətlə yanaşmaq lazımdır. Müsəlman hər zaman qoruyan olar. Bu insanların hamısına nifrət duyğusu ilə yanaşmaq ağıllı rəftar deyil.
(A9 TV; 3 noyabr 2017)
Fasiq haram və halalı bildiyi halda buna diqqət yetirməyən şəxslərə deyilər. Şərabın haram olduğunu bilər, lakin içər, namaz qılmağın fərz olduğunu bilər, lakin qılmaz.
(A9 TV; 3 noyabr 2017)
Mənim istirahətim möminlərin yanındadır. Allahın zikr edildiyi hər yer istirahət yeridir. Bundan başqa rahatlıq, hüzur olmaz.
(A9 TV; 3 noyabr 2017)
Münafiq tamamilə saxtakardır. Özünü bəyəndirmək üçün illərlə çalışar. Lakin sonunda mənfəət təmin edə bilmədiyini anladığı zaman, tükü yolunmuş qaz kimi meydanda gəzməyə başladıqda axmaqlığını göstərər. 30 il ərzində Peyğəmbərin yanında çalışıb 31-ci il “mən yanlış anlamışam” deyən axmaqlığa sahib olan münafiq heyrətamiz ağılsızdır. Allah İslam üçün cinləri və şeytanları da xidmət etdirər, münafiqləri də.
(A9 TV; 3 noyabr 2017)
Dua edərkən; “Rəbbim mənə xeyir nəsib et, məni xeyirlə əhatə et” deyə dua etmək lazımdır.
(A9 TV; 3 noyabr 2017)
Kürd demək, nur deməkdir. PKK ayrı, kürd ayrıdır. Rusiya, Astana görüşlərində PKK-nın iştirak etməsini istəməklə çox çirkin təklif edir. Terror təşkilatının sülh görüşündə yeri olmamalıdır.
(A9 TV; 3 noyabr 2017)
Bir insanın etibarlı olub-olmadığı danışıq tərzi, üzündəki ifadə və ağlından dərhal başa düşülər. Etibarlı olub-olmadığını anlamaq zamana yayılmaz. Vaxtı yaxşı dəyərləndirmək lazımdır. Səmimi və dürüst olan insanın üzündə bu səmimiyyətin əksi vardır. Yaxşı insan tez özünü bəlli edər və yaxşı insana, insanın qanı dərhal isinər.
(A9 TV; 3 noyabr 2017)





