Cənnətdəki ən gözəl nemət Allahın təcəllisi və Allahın təcəllisi olan insan sevgisidir. Cənnətdə hər şey var, gözəl yeməklər, gözəl geyimlər, gözəl qoxular, lakin ən gözəl nemətlərdən biri mütləq insan sevgisidir. Allah təcəlli edərkən də insan formasında təcəlli edir cənnətdə. Allah cənnətdəki insanların hamısından gözəl olaraq təcəlli edəcək, heç kəsdə olmayan gözəllik və o gözəlliyə sahib olmaq olmur.

(A9 TV; 2 noyabr 2017)

Cənnətdə Allah cənnət xalqına görünmədən əvvəl, bütün cənnət varlıqlarında sevinc əlaməti olaraq böyük canlılıq olacaq. Quşlar da həyəcanlarını göstərəcəklər, cənnət varlıqlarında əsaslı hərəkətə gəlmə olacaq. Allah cənnət xalqına salam verəcək, tək-tək insanlarla danışacaq.

(A9 TV; 2 noyabr 2017)

Münafiqlər; “biz dünya həyatında nə xidmət etdik, müsəlmanlar nə xidmət etdilər” deyə baxdıqları zaman, dərhal anlayarlar aradakı fərqi. Küçədə boş-boş gəzməkdən başqa, ağılsız fikirlər verməkdən başqa nə etdiklərinə baxmaları lazımdır, özlərini müsəlmanlarla müqayisə etmələri lazımdır. Müsəlmanlar elmlə bütün dünyanı yerindən tərpədirlər. Burada çox konkret dəlil var.

(A9 TV; 2 noyabr 2017)

Tənqid etmək normaldır. Lakin mütləq nəzakət və hörmət qaydalarına diqqət yetirmək lazımdır. Tənqid mükəmməllik təmin edər.

(A9 TV; 2 noyabr 2017)

Allah bizim eqoist olmamağımızın lazım olduğunu bildirir, eqoist olmadıqda minlərlə gözəllik yaranar. Özümüz üçün yaşamarıq, sevdiyimiz möminlər üçün yaşayarıq. Fədakar olarıq, həmişə sevdiklərimizə rahatlıq təmin edərik. Allah bizim mərhəmətli olmağımızı söyləyir, heç kəsə pislik etmərik, bağışlayan olarıq, beləliklə, zəncirvari şəkildə minlərlə gözəllik yaranar. Allah ümumi qayda qoyar, o qayda yüz minlərlə məsələni əhatə edər və nəticəsində də bir çox gözəllik, rahatlıq yaranar.

(A9 TV; 2 noyabr 2017)

Münafiq zibildaşıyan maşın kimidir, harada murdarlıq vardırsa alıb götürər. Müsəlmanların bu murdarlıqlarla məşğul olmasına ehtiyac qalmaz. Münafiq harada murdarlıq vardırsa götürüb öz murdar torbasına atar. Münafiq peyinqurdudur, murdarlıqları toplayıb yuvasına aparar, müsəlmanlar da xilas olar.

(A9 TV; 1 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)