Dərin təfəkkürdə Allaha çox yaxşı sığınmaq lazımdır. Allahdan müstəqil Allahı kəşf etməyə cəhd etmək olmaz. Allahın düşündürdüyünü bilərək düşünmək əhəmiyyətlidir. Allahı sevərək, Allaha güvənərək və düşünməyi də yaradanın Allah olduğunu bilərək düşünmək lazımdır.
(A9 TV; 3 noyabr 2017)
İnsanların çoxu həqiqi üzünü göstərmir, həqiqi şəxsiyyətini gizlədir. Bir çox gənc qız özünü dərk etməyən, saf, uşaq kimi göstərər. Həqiqi şəxsiyyətlərini göstərdikləri zaman çox mənfi reaksiya alacaqları üçün bundan müdafiə üsulu kimi istifadə edirlər.
(A9 TV; 3 noyabr 2017)
Münafiq kiçik beyni ilə Peyğəmbəri və müsəlmanları uzaqdan təqib edərək ağıl verər. Allah münafiqlərin cəhənnəmin ən aşağı təbəqəsində olduğunu bildirir. Münafiqlərin alçaq xarakterlərinin və əxlaqsızlıqlarının vurğulanması Qurana uyğundur.
(A9 TV; 3 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə 300 münafiq var idi. Peyğəmbərimiz (s.ə.v) çox ağıllı davranıb bunları illərlə idarə etdi. İllərlə Peyğəmbərimiz (s.ə.v)-ə, müsəlmanlara və İslama xidmət etdilər. Binalar inşa etdilər, müharibələrdə iştirak etdilər, mallarını infaq etdilər. Sonra 30 il keçdikdən, bütün gəncliklərini həsr edib 30 il xidmət etdikdən sonra Peyğəmbərin peyğəmbərliyindən şübhə etdiklərini iddia edib müsəlmanlardan ayrıldılar. Bu ayrılıqlarının da müsəlmanlara zərər verəcəklərini zənn etdilər. Münafiqlər müsəlmanlara ən kiçik zərər verə bilməzlər. 30 il ərzində Peyğəmbəri anlamamaq ən böyük axmaqlıqdır. Münafiq saxtakarlığı, axmaqlığı tərif edilə biləcək kimi deyil. Mələklər və cənnət əhli münafiqlərin axmaqlığına gülərlər.
(A9 TV; 3 noyabr 2017)
Cəhənnəmin mövcudluğu insanın təhsili üçün lazımdır. Cəhənnəmin mövcudluğu eyni zamanda cənnət əhlini motivasiya edər. Gözəllik müqayisə ilə olar. Hər kəsin gözəl olduğu mühitdə gözəlliyin dəyəri o qədər bilinməz. Cəhənnəm müqayisə olması üçün xüsusi olaraq yaradılıb.
(A9 TV; 3 noyabr 2017)
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır.
(A9 TV; 3 noyabr 2017)
İnsan Allaha tam tabe olduğu zaman və özünü Allaha təslim etdikdə əhvali-ruhiyyəsi çox yaxşı olar. Şirkdən çox şiddətlə qaçıb, şirkə qarşı özünü gözəl tərbiyə edən insanın əhvali-ruhiyyəsi pozulmaz. İnsanın heç boşluq anı olmamalıdır, diqqəti çox kəskin olmalıdır.
(A9 TV; 3 noyabr 2017)
İnsanı dərin düşündürən Allahdır. Başını iki əlinin arasına alıb özünü zorlayaraq insan dərin düşünə bilməz. Sadəcə Allah istədiyi zaman dərin düşünə bilər.
(A9 TV; 3 noyabr 2017)
Mehdi də, İsa Məsih də həyatdadır. Mehdinin gəlməsi ayrı, zahir olması ayrıdır. Mehdi zahir olduğu zaman terror, müharibələr, münaqişələr dərhal dayanar. Mehdinin zahir olduğunu, Qüdsdə İsa Məsih və Mehdinin birlikdə namaz qıldığını görəcəyik. Azan səsləri, zəng səsləri və şofarlar yeri göyü inlədəcək. Bundan sonra dünyanın heç bir yerində müharibədən, davadan, terrordan bəhs edilməyəcək.
(A9 TV; 3 noyabr 2017)
Qadına kompliment demək Allaha kompliment deməkdir. Bütün təriflər Allahadır. Qadına sevgi Allaha sevgidir. Sevgi sözləri Allahı zikr etməkdir. Yüz min dəfə deyilsə belə çox azdır.
(A9 TV; 3 noyabr 2017)





