Allah sevgini sevər. Allahın bəla, dərd verməsinin hikmətlərindən biri də qulun Özünə yaxınlaşmasını təmin etməkdir. Müsəlman bəlanı gözləmədən Allaha yaxın olmalıdır. Hər şeyimizi Allaha borcluyuq, hər şeyimizi verən Allahdır. Allahdan uzaq olmaq çox böyük əxlaqsızlıq və nankorluq olar.

(A9 TV; 2 noyabr 2017)

İngiltərə dərin dövlətinin tərəfdarları, xainləri, ilanları heç həvəslənməsinlər millət olaraq Tayyib hocamın ətrafında möhkəm birləşmiş vəziyyətdəyik. Xarici qüvvələrə qarşı CHP, MHP, bütün partiyalar olaraq milli liderimizə sahib çıxacağıq. Tayyib hocam ən azı 2023-cü ilə qədər bu millətin başında olacaq inşaAllah. İngiltərə dərin dövlətinin qotur kaftarları heç boşuna həvəslənməsinlər.

(A9 TV; 2 noyabr 2017)

İslam Birliyinin yaranması olduqca təbiidir. Əsas qəribə qarşılanması lazım olan hal-hazırda birlik olmamasıdır. Azərbaycan, İran, Suriya və İraqla birlik olmamağımızın heç bir izahı yoxdur. Heyrət ediləcək şəkildə birləşə bilmirlər. Mütləq Mehdi. Allah mehdiyyətin zəruri olduğunu gecə-gündüz göstərir.

(A9 TV; 2 noyabr 2017)

Vəfasız insanların olması imtahanın bir hissəsidir. Vəfasızların çoxluğu imtahanın gözəlliyidir. Müsəlman hər zaman iradəli və səbirli olmalıdır, ağılla doğru yolda davam etməlidir. Allah Quranda; “əgər siz yaxşısınızsa pislər sizə zərər verə bilməz” deyə bildirir. Bu, Allahın qanunudur.

(A9 TV; 2 noyabr 2017)

Azəriləri canım kimi sevirəm. Onlar bizim doğmaca övladımız və bacı-qardaşımızdırlar. Can vermək də daxil olmaqla, Azərbaycan üçün etməyəcəyimiz heç nə yoxdur. Azərbaycan bayrağı türk bayrağı kimi, Azərbaycan torpağı ilə Türkiyə torpağı kimi bizim üçün müqəddəsdir.

(A9 TV; 2 noyabr 2017)

Həkimlərdən heç yerdə pul alınmaması lazımdır. Ümumi adət və əxlaq olaraq həkimlərdən pul alınmaması hakim olmalıdır. Onlar insan canı üçün bütün həyatlarını həsr edirlər, insanların da onları qoruması lazımdır. Bütün xəstəxanalarda səhiyyə işçilərinin hücuma məruz qalması riskinə qarşı təhlükəsizlik kameraları olsun. Həkimlərə hər yerdə sevgi və hörmət göstərilsin ki, əhvali-ruhiyyələri yüksək olsun. Bir həkim ailəsi ilə restorana gəldikdə pul alınmaz. Bazara çıxdıqda; “həkim, xoş gəlmisiniz” deyə hörmətlə qarşılanmalıdır. Həkimlərə hörmət göstərmək və həyatlarını asanlaşdırmaq ümumi əxlaq prinsipi olaraq hakim olmalıdır.

(A9 TV; 2 noyabr 2017)

PKK-nın ideologiyası ilə, kommunizmlə elmi mübarizə aparmaq əsas şərtdir. Darvinist fəlsəfədən bəhs edilir, dialektik fəlsəfədən bəhs edilir. Buna əks təhsil də lazımdır. Təhsillə PKK-lı olan biri, təhsillə PKK-lı olmaqdan xilas olar. Əsas məsələ elmi mübarizədir. PKK-lılar namazın, İslamın lazımsız olduğunu, Allahın (haşa) olmadığını deyirlər. Biz əks təhsil versək, bu insanları PKK-nın əlindən xilas edərik. Böyük dövlət adamları bunu deməkdən çəkinməsinlər.

(A9 TV; 2 noyabr 2017)

Biz səmimi olsaq, eqoist və mənfəətpərəst olmasaq, avtomatik olaraq səmimiyyət sahibi olarıq. Səmimi olmaq üçün məcbur edilmək olmaz, altruist olmaq səmimiyyət üçün kifayətdir. Dərhal səmimiyyət yolunda irəliləyərik.

(A9 TV; 2 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)