Dəccaliyyətin bu əsrdə istifadə etdiyi ən təsirli silahlardan biri zənginlik və gücdür. Müsəlmanların da buna hz. Süleyman kimi zənginlik və ehtişamla qarşılıq verməsi lazımdır. İnsanların bir hissəsi zəif, gücsüz, əzilməyə uyğun gördüyü şəxsə qulaq asmaz. Lakin qarşısındakı şəxsin ağlını, gücünü, dəyanətini, keyfiyyətini, incəsənət anlayışını, təmizliyini, sevgisini, zənginliyini gördüyü zaman o insan təbii olaraq qarşısındakına hörmət edər və sözünə qulaq asmasının lazım olduğuna qənaət gətirər.
(A9 TV; 4 noyabr 2017)
Mehdinin, Seyyidina İsa Məsihin qoxusunu alırıq. İnşaAllah yaxında açıq-aydın zühurlarını da görərik.
(A9 TV; 4 noyabr 2017)
Şəhidimizin atası İbrahim Taşdemir gözəl çıxış edib. Allah razı olsun. Şəhidlik ən yüksək şərəflə Allah dərgahına alınmaqdır. Mömin üçün şəhidlik şərəfdir. PKK-lı alçaqlar Türk millətinin şəhid verdikdə usanacağını zənn edirlər. Tam əksinə əzmkarlığımız, şövqümüz daha da artır. Bu vətəni, bu milləti heç vaxt böldürməyəcəyik.
(A9 TV; 4 noyabr 2017)
Ənənəçi İslam anlayışını müdafiə edən bacı-qardaşlarıma səmimi olaraq şəfqət duyuram. Səmimi olaraq dinin çətin olmasının lazım olduğuna inanırlar. Quranın kafi olduğunu qəbul etdikləri zaman din çox asan olacağı üçün bunun dindən qaçmaq olduğunu zənn edirlər. Dinin həqiqətən asan olduğunu qəbul edə bilmirlər.
(A9 TV; 3 noyabr 2017)
Qərb İslama deyil, mövhumatçılığa qarşıdır. İncəsənət, sevgi, dostluq, mərhəmət olmayan bir sistemi dünyada heç kim qəbul etməz.
(A9 TV; 3 noyabr 2017)
İmansız həyat mümkün ola biləcək ən qorxunc şeydir. Sanki kabusdur, kabus demək belə az olar. Allah verməsin. İman çox böyük nemətdir. İman cənnətdir. Sevginin, ehtirasın mənbəyidir.
(A9 TV; 3 noyabr 2017)
Tayyib hocamdan Allah razı olsun hicablı bacılarımızın azadlığı üçün çox gözəl imkan yaratdı. Əvvəllər bacılarımızın güclü təzyiq altında olması vicdanımızı çox narahat edirdi. İndi istədikləri kimi hər yerdə olurlar.
(A9 TV; 3 noyabr 2017)
Qadınlar çox həyəcan verici, möhtəşəm gözəl nemətdirlər. Dünyanın bu neməti görməməsinə təəccüblənirəm. Sevgi anlayışları, vəfa duyğuları, sədaqətləri, gözəlliyi bilmələri, təfərrüatları görə bilmələri, incəsənət anlayışları, mərhəmətləri və daha bir çox cəhətləri ilə çox-çox dəyərlidirlər.
(A9 TV; 3 noyabr 2017)
Bol su içmək, mineral çatışmazlığını aradan qaldırmaq gümrahlığa vəsilə olar. Zülal çatışmazlığı da çoxlu şəkər istifadəsi də yorğunluğa səbəb olar. Qidalanmanın tarazlı olması əhəmiyyətlidir. Bütün bunlara diqqət yetirsə də insanda əsas iman və ağıl gümrahlıq yaradar.
(A9 TV; 3 noyabr 2017)
Haram olan bütün hökmlər Quranda yazılıbdır. Quranda haram olmadığı yazmırsa demək ki, halaldır. Təfərrüata getmək İslamdan əvvəlki dövrdən bəri gələn müşrik adətidir. Dini çətinləşdirib özləri də dini yaşaya bilməyəcək hala gəlirlər.
(A9 TV; 3 noyabr 2017)





