İnsanların bir hissəsi təkcə axşam yeyəcəyi yeməyi, toya nə geyinəcəyini, taxılan qızılın nə qədər olduğunu düşünür. Türkiyə necə bir dövrdən keçir, PKK terroru nələrə səbəb olur, Cənub-Şərqi Anadolu bölgəsində nələr baş verir heç düşünmür. PKK mübarizləri sistemlərini ölmək və öldürmək üzərində qurublar və dünyaya dair bir plan qurmur, bu yanlış inancları üçün özlərini həsr edirlər. Bunun müqabilində bizim də doğru olan inancı üçün canını ortaya qoyan, hər cür fədakarlığı gözə alan, milli şüuru çox güclü olan millət olmağımız əhəmiyyətlidir.
(A9 TV; 4 noyabr 2017)
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə çox həsəd aparırdılar. Onun heybətini, bir-birindən gözəl həyat yoldaşlarının olmasını, zənginliyini, bərəkətini heyrətamiz qısqanırdılar. Həsədləri ilə bir gün Peyğəmbərimiz (s.ə.v)-in müvəffəqiyyətsiz olacağını ümid edirdilər. Ömürləri boyu bu boş ümidlə xidmət etdilər və mənfəət əldə edə bilməyəcəklərini gördükləri zaman da qotur it kimi qaçdılar. Münafiq axmaqlığı ibrətamizdir.
(A9 TV; 4 noyabr 2017)
Hz. Musa dövründə yaşayan Samiri dövrünün tənha çaqqallarından biridir. Musanın yerinə keçib onun imkanlarına malik olmağa çalışan axmaqdır. Mənfəət ümidi ilə Musaya çox köməyi olub, lakin bütün bunları saxtakarcasına təkcə mənfəəti üçün etmişdir. Heyrətli dərəcədə ağılsız olduğu üçün öz aləmində Musanın yolundan başqa yol yaradıb müsəlmanları o yola çəkməyə çalışmışdır. Lakin ləyaqətsizliyi və saxtakarlığı hər kəs tərəfindən bilindiyi üçün təkbaşına, tənha olaraq yox olmuşdur.
(A9 TV; 4 noyabr 2017)
Bir gözəlliyi təqdir etmək tərbiyədir, nəzakətdir, sevgini ifadə etmə sənətidir. Bir portret olduğu zaman ustasını tərifləyərik. Gözəl heykəl gördüyümüz zaman ustasını tərifləməsək o zaman hər şey çox xoşagəlməz olar. İncəsənət xadimi tərif və təqdirlə xoşbəxt olar. Ən gözəl incəsənət xadimi və usta Allahdır. Bir incəsənət əsəri gördüyümüz zaman həm Allahı, həm də Allahın vəsilə etdiyi incəsənət xadimini təqdir etməliyik.
(A9 TV; 4 noyabr 2017)
Dünyada gördüyümüz, sevdiyimiz əşyaların, meyvələrin, süfrələrin, tortların hamısı cənnətdəkinin nümunəsidir. Cənnətə getdiyimiz zaman bu gözəlliklərin bənzərini dünyada görmüşdük deyəcəyik. Lakin təxəyyül etdiyimizdən çox üstün gözəllikdə olacaq.
(A9 TV; 4 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə alçaq dəstəsindən ibarət olan münafiqlər var idi. Rəsulullah (s.ə.v)-in yanına gəlib mən müsəlman oldum deyirdilər, lakin qəsbkar, təcavüzkar, şəxsiyyətsiz tiplər idi. Peyğəmbərin hər an dövrün dərin dövləti olan Bizans və Sasanilər tərəfindən həbs olunacağı ümidi ilə yaşayırdılar. Bu ümidləri reallaşsa da müsəlmanların mallarını ələ keçirəcəklərini xəyal edirdilər. Çirkin səbirlə Peyğəmbərimiz (s.ə.v)-in və səhabələrin həbs olunmasını və ya vəfat etməsini gözləyir, müsəlmanların sərvətini ələ keçirməyi ümid edirdilər. İllərlə gözlədilər və nəticələri məyusluq oldu. Bu gözləmə müddətində müsəlmanlar bu namərdlərin alçaqlığının təfərrüatlarını gördülər. Münafiqlər qənimətləri əldə edə biləcəklərini ümid edərək yaşayarkən, bütün ömürləri gənclikləri imkanları əllərindən getdi və yolunmuş toyuğa dönərək çox alçaldılar.
(A9 TV; 4 noyabr 2017)
İncəsənət dünyanın hər yerinə hakim olmalıdır. Gözəllik, doğruluq, məqbulluq dünyanın hər yerində olmalıdır.
(A9 TV; 4 noyabr 2017)
Gənclərin Tayyib hocama sahib çıxması çox əhəmiyyətlidir. İclaslarda gözəl, təsirli şüarlarla, yeri göyü inlədərək Tayyib hocama sevgilərini vurğulasınlar. Zəif, gücsüz şüarlar deyil, çox güclü, dinamik, aktiv şüarlar işlətmək əhəmiyyətlidir.
(A9 TV; 4 noyabr 2017)
Mənim tənqidim İngiltərə dövlətinə və ingilis xalqına qarşı deyil. Mən, ingilis xalqına da yapışmış bəla olan İngiltərə dərin dövlətini tənqid edirəm. İngiltərə dərin dövləti görünməyən dəccal hərəkatıdır. Hal-hazırda son dövrlərində olduğunu gördüyü üçün hücuma keçmiş vəziyyətdədir. Bu hücumu elmlə, fikirlə zərərsizləşdirəcəyik.
(A9 TV; 4 noyabr 2017)
Ənənəçi ortodoks sistemin ürküdücülüyünü öz həyatımızın gözəlliyi ilə zərərsizləşdirdik. İnsanların dindən uzaqlaşmasına mane olduq. Öz həyatımızla müsəlmanların sevgi dolu, həyatla iç-içə, incəsənət və gözəllik dolu olduğunu göstərdik. İslam yaşandığı zaman qadınların azad, həyatın dolu-dolu olduğunu, nəzakətin, şəfqətin, insan və heyvan sevgisinin həyatlarının parçası olduğunu hər kəs gördü. Həyatımızla dəccaliyyətin İslam əleyhinə olan bütün silahlarını əlindən almış olduq.
(A9 TV; 4 noyabr 2017)





