Şeytanda homoseksual şəxsiyyətsizliyi və klassik axmaq xarakteri var. Münafiq xarakterinin ən pik nöqtəsidir. Haqlı çıxmaq üçün hər yola əl atan, bunun üçün dindən də öz aləmində istifadə edən çox iyrənc və ağılsız məxluqdur.
(A9 TV; 8 noyabr 2017)
Mən heç vaxt malı yığıb toplamaram. Allah yolunda həmişə xərcləyərəm. Milyonlarla kitabım satılır, heç birindən heç vaxt müəlliflik haqqı almaram. Adıma olan heç bir mal yoxdur, bankda toplanmış pulum yoxdur.
(A9 TV; 8 noyabr 2017)
Şeytan xarakterli insanlar adətən uşaqlıq dövrlərindən etibarən şəxsiyyətsiz olarlar. Münafiqlərin də keçmişinə baxdığımız zaman həmişə oğurluq, qəsbkarlıq, əxlaqsızlıq, alçaqlıq görürük. Üzlərindəki iyrənclik, xoşagəlməzlik, hiyləgərlik həmişə eyni olar. Müsəlmanların arasına gəldikləri zaman; “tövbə etdim” dedikləri üçün müsəlmanlar hüsnü-zənlə baxırlar, lakin o əxlaqsızlar bir müddət sonra yenə mayalarına qayıdırlar.
(A9 TV; 8 noyabr 2017)
Türkiyəyə bir təbəqəni deyil, hər kəsi qucaqlayan xarici siyasət yaraşar. Misir xalqının da hamısını qucaqlamaq əhəmiyyətlidir. Misir rəhbərliyinin səhvləri və haqsızlıqlarına qarşı olarıq, lakin Misir xalqının hamısını qucaqlayarıq.
(A9 TV; 8 noyabr 2017)
Səmimiyyət olması vacib xüsusiyyətdir. Çünki səmimiyyətdə insan tamamilə vicdanının əmrinə tabe olar, vicdanına uyğun olmayan heç nə etməz.
(A9 TV; 8 noyabr 2017)
Münafiqlər boş insandırlar. Səhərdən-axşama qədər ağzından su axan it kimi boş-boş gəzərlər. Peyğəmbərimiz (s.ə.v) bütün malı və mülkü Allah yolunda xərcləyirdi. Münafiqlər isə öz kefləri üçün xərclənilməsini istəyirdi.
(A9 TV; 8 noyabr 2017)
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq.
(A9 TV; 8 noyabr 2017)
Tayyib hocamın şəhərlərin beton yığını olmamasını gündəmə gətirməsi çox gözəldir. Memarlığının ürəkaçan, hüzur verən, insanların xoşuna gələcək şəkildə olması çox əhəmiyyətlidir.
(A9 TV; 8 noyabr 2017)
Vicdanın səsi Allahın vəhyidir. Heç bir insan özbaşına buraxılmamışdır. Vicdanının səsini həmişə dinləyən cənnətə gedər. Vicdanının səsinə qarşı məntiqi dinləyən mənəvi cəhətdən xəstələnər, eqoist olar. Dünyasını da, axirətini də məhv edər.
(A9 TV; 8 noyabr 2017)
Biri istədiyi ideologiyaya inana bilər. Lakin bu ideologiyaya əsaslanaraq məzlumlara, inananlara zülm edirsə, məscidlərə, ibadətgahlara hörmətsizlik edirsə, məzlum xalqın üzərində terror həyata keçirirsə, bunu heç kim qəbul etməz və buna qarşı hər cür hüquqi tədbir alınar.
(A9 TV; 8 noyabr 2017)





