Terroru müdafiə etməyən, idealist olan solçuların çoxunun şəxsiyyəti gözəldir. Ümumiyyətlə dürüstdürlər, mərddirlər, çox yalan söyləməzlər. Eqoistliyi xoşlamazlar. İnsanların hüzur içində yaşamasını, müharibə olmamasını istəyər və ictimai ədaləti tələb edərlər. Mövhumatçılığı İslam zənn etdikləri üçün İslamdan uzaq dayanırlar, lakin Quran əxlaqını öyrənmiş olsalar çox sevərlər. Belə şəxsiyyətin Quran əxlaqı ilə bəzənməsi nəfis olar, ortaya çox gözəl xarakter çıxar.

(A9 TV; 8 noyabr 2017)

Bəzi insanlar sevgini izah etmək üçün sadəcə internetdən duyduqları qəlib cümlələrdən istifadə edirlər. Halbuki sevgi ruhdan dilə təbii axarla axar. Danışmağa ruhla bərabər axar. Qadınlarda Allah bunu instinkt olaraq yaratmışdır və onu dürüst sevəni qadın dərhal anlayar. Qadın belə gözəl sevən biri ilə qarşılaşdığı zaman sanki hipnoza girər. Sevgini görən qadın sanki dirilmiş kimi olar. Qadın səmimi sevildiyindən əmin olmaq üçün dəfələrlə yoxlayar. Səmimiyyəti isə sözlərdən deyil, cümlə quruluşundan, səs tonundakı təbiilikdən və baxışlardakı dərinlikdən anlayarlar. Həqiqi sevgi qadına həyat verən işıqdır.

(A9 TV; 8 noyabr 2017)

Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərlə Axırzaman münafiqləri tamamilə eynidirlər. Peyğəmbər dövrü münafiqləri ağılsızca Peyğəmbərimiz (s.ə.v)-i tənqid edirdilər. Özlərini Peyğəmbərdən daha çox müsəlmanları düşünən, mərhəmət edən kimi göstərməyə çalışırdılar. Halbuki çox şəxsiyyətsiz və eqoistdilər. Həmçinin mütləq dinlə ortaya çıxırdılar ki, əxlaqsızlıqları ifşa olmasın. Dindən nifrət etdikləri halda dindar kimi görünərək, eqoist olduqları halda xeyriyyə işləri görürmüş kimi görünərək insanlara təsir etməyə çalışırdılar. Bu axmaq oyunları heç bir işə yaramadı. Səhrada it kimi tək başlarına sürünərək həyatları bitdi.

(A9 TV; 8 noyabr 2017)

Peyğəmbərimiz (s.ə.v) dövrünün ən tipsiz, ən çaqqal xarakterli münafiqlərindən biri olan Əbu Süfyan çirkin üslubu ilə tez-tez Peyğəmbərimiz (s.ə.v)-ə məktub yazardı. Bu məktublarda murdar və alçaq xarakterini ortaya çıxarırdı. Peyğəmbərimiz (s.ə.v) ona yazdığı cavabda: “ey axmaq və beyinsiz” demişdir. Münafiqlər hər dövrdə ən axmaq, ən beyinsiz varlıqdırlar.

(A9 TV; 8 noyabr 2017)

Niyə teatra maraq yoxdur sualı əvəzinə niyə keyfiyyətli teatr tamaşaları yoxdur deyə soruşmaq lazımdır. İncəsənətin çökməsi Axırzamanın fəlakətlərindən biridir. Sevgi aradan qalxdığı üçün incəsənət də yox olur. İmanla, Allah sevgisi ilə, Quran müsəlmanlığı ilə mənəvi oyanış olacaq və o zaman incəsənət yayılacaq.

(A9 TV; 8 noyabr 2017)

Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər.

(A9 TV; 8 noyabr 2017)

Pis insanlar və hadisələr möminin imani inkişafına vəsilə olar. İmani dərinləşmə və əxlaq gözəlləşməsi təmin edər. Bir çox konspirasiya, qanunsuzluq, sui-qəsd təşəbbüsü ilə qarşılaşdım. Bu haqsızlıqları edənlərin hal-hazırda adı belə çəkilmir, lakin mən aslanlar kimi bütün gücümlə burada elmi mübarizəmə davam edirəm.

(A9 TV; 8 noyabr 2017)

Yəməndən atılan raket Səudiyyə Ərəbistanı ilə İranın arasını vurmaq üçün İngiltərə dərin dövlətinin oynadığı ağılsız oyunlardan biridir. Səudiyyə Ərəbistanı və İran yan-yana gəlsinlər, birlik olsunlar və beləliklə də, İngiltərə dərin dövlətinə layiq olduğu cavabı versinlər. İki gözəl müsəlman ölkə, qardaş olmamaları üçün heç bir səbəb yoxdur.

(A9 TV; 8 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)