Mömin ən çox Allahı incitməkdən qorxar. Mömini təkcə cəhənnəmdəki əzab deyil, Allah qarşısında xəcalətli olma ehtimalı da qorxudar. Cəhənnəmdən qorxmaq da Allah rizasına uyğun davranışdır. Cəhənnəm qorxusunu səhv görməmək lazımdır.

(A9 TV; 8 noyabr 2017)

Hal-hazırda yuxuda olduğumuz aydın görünür. Ölüm də yuxudan oyanmaq kimi olacaq. Öldüyümüz zaman dünya həyatının çox-çox qısa yuxu olduğunu anlayacağıq. İnsanlardan dünyada nə qədər qaldınız deyə soruşduqda, təəccüblü şəkildə qısa olduğunu söyləyəcəklər. Ölümlə birlikdə təsvir o qədər aydınlaşar ki, dünyanın qətiyyən yuxu olduğuna tam qənaət gələr. Möminlər ölən kimi şən, gözəl qarşılanma görər. Küfr əhli üçünsə ölüm anından etibarən hər şey dəhşət vericidir.

(A9 TV; 8 noyabr 2017)

Qadını qorumaq heyrətamiz dərəcədə zövqlüdür. Dinini, imanını, namusunu, şərəfini, sevincini, fərəhini, xoşbəxtliyini, sağlamlığını və səhhətini qorumaq çox mühümdür. Qadına mərhəmətlə yanaşmaq lazımdır. Qadını qoruyarkən ona heç hiss etdirməmək əhəmiyyətlidir.

(A9 TV; 8 noyabr 2017)

Peyğəmbərimiz (s.ə.v)-in İslama qəlbi isinəcək insanlara hədiyyələr verməsi münafiqlərin heç xoşuna gəlmirdi. Özləri mənfəət təmin edə bilmədikləri üçün axmaq məntiqləri ilə Peyğəmbərimiz (s.ə.v)-i haşa ittiham etməyə və tənqid etməyə cəhd edirlər.

(A9 TV; 8 noyabr 2017)

Müsəlmanda hər zaman ağıl qalibdir. Çünki müsəlman hər zaman Allahın vəhyi olan vicdana tabe olar. Vicdana tabe olan insan üzərində şeytanın və nəfsin təsiri olmaz.

(A9 TV; 8 noyabr 2017)

Binali Yıldırım dürüst və alicənab insandır. Yaxşı niyyətli vətənsevərdir. Allah nuru ilə, hidayəti ilə əhatə etsin, cənnətlə mükafatlandırsın inşaAllah.

(A9 TV; 8 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)