Münafiq, ən böyük əzabı Peyğəmbər (s.ə.v)-in varlığından çəkər. Peyğəmbər (s.ə.v)-in onları alçaltmasından çox narahat olurdular. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri bu qədər alçaltmasını münafiqlər ömür boyu unuda bilmədilər, ən böyük iztirabları bu idi. Səmimi möminlər isə Peyğəmbər (s.ə.v)-in yanını cənnət bağçası kimi görərlər.

(A9 TV; 10 noyabr 2017)

Münafiqlərin əsas qorxuları Peyğəmbər (s.ə.v)-in onların alçaq insanlar olduğunu ifşa etməsidir. Peyğəmbərimiz (s.ə.v) münafiqləri həmişə layiq olduqları kimi alçaldıb. Münafiqlər də həyatları boyu həmişə münafiqliklərini açıqlayacaq deyə Peyğəmbər (s.ə.v)-in yanında sıxılıb iflic olurdular. Həmişə yaxalanma qorxusu yaşayırdılar. Münafiqlərin ən narahat olduğu məsələ Peyğəmbər (s.ə.v)-in yanında yaşadıqları bu narahatlıq idi, həm kaftar kimi müsəlmanlara xidmət etmiş, müsəlmanlara çox geniş imkanlar təmin etmişdilər, həm də Peyğəmbər (s.ə.v)-in onları müəyyən etməsi və onları həmişə alçaltması qorxusu ilə yaşamışdılar. Münafiqin ən heyfsiləndiyi, ən canını yandıran məsələ budur.

(A9 TV; 10 noyabr 2017)

Dürüst insanın üzündə həlim ifadə olar. Qurana, İslama qarşı diqqətcildir. Sabit, tutarlı olduğu üçün etibarlıdır. Halbuki münafiqlərə qarşı çox diqqətli və təmkinli olmaq lazımdır. Münafiq səmimiyyətsizdir, fırıldaqçı xarakterlidir.

(A9 TV; 10 noyabr 2017)

Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik.

(A9 TV; 10 noyabr 2017)

Bütün peyğəmbərlər müasir idi. Peyğəmbərimiz (s.ə.v) İslamı gətirdiyi zaman ultramüasir dünya yaratdı. Cəmiyyət ağlasığmaz pis adətlərlə təzyiq altında idi. İslamın gəlməsi ilə cəmiyyət üzərindəki təzyiqi aradan qalxdı. Haqq dinlər gəldiyi vaxt hər zaman müasirliyi, ziyalılığı gətirərlər.

(A9 TV; 9 noyabr 2017)

Müsəlman həmişə pozitiv olmalıdır. Neqativ, pis, qaranlıq olan ən kiçik şeyi belə qəbul etməməlidir. Hər zaman doğrudan, ziyalılıqdan, yaxşılıqdan yana olmalıdır.

(A9 TV; 9 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)