Qürur aşiq üçün axmaqlıq olar. Eşqin üçün ölümü gözə alarsan. Qüruru dinləmək az sevgidə olar. Eqoistdir, özünü daha çox sevir, qüruru daha əhəmiyyətli olar. Həqiqi aşiq isə qürurunu əzib ruhunu tamamilə qarşısındakına təslim edər. Qüruruna tabe olan eşqin dərinliyini yaşaya bilməz. Qüruru olan insanın gözündə maneə vardır, eşq bu maneəni aşıb qarşısındakına keçməz. Lakin iki tərəf də eqoist deyildirsə sevgi okean kimi ondan-buna axar.
(A9 TV; 9 noyabr 2017)
Bəzi gənclərin; “hanı, yəni, problem yoxdur, eynilə”dən başqa söz işlətməmələri acınacaqlı haldır. İfadə zənginliyinin olmaması ruhda çox mənfi təsir yaradar.
(A9 TV; 9 noyabr 2017)
Gənclərə məktəblərdə verilən din dərsi təkcə İslam tarixi, müharibələrin necə baş verdiyi kimi mövzuları əhatə etməməlidir. Hər dinin, hər məzhəbin inanclarını ümumi bilik olaraq gənclərin öyrənməsi lazımdır. Bir gəncin yaşadığı ərazidəki inancları, mədəniyyətləri bilməməsi çox böyük ümumi bilik çatışmazlığı olar.
(A9 TV; 9 noyabr 2017)
Bərzanini referendumdan əvvəl dəfələrlə xəbərdarlıq etdik. İngiltərə dərin dövlətinin sözünə güvənmə dedik. Bölgə xalqlarını bir-birinə qırdırmaq üçün oyun var dedik. Sözümüzə qulaq asmadı.
(A9 TV; 9 noyabr 2017)
Müsəlman tək bir ölkəni, tək bir xalqı xilas etmək məqsədində olmaz. Fələstini niyə xilas etmirsən deyən İraqı düşünmür. İraqı niyə xilas etmirsən deyən Liviyanı heç düşünmür. Müsəlman bütün İslam aləmini, bütün dünyanı xilas etmək istəyər. Bu da təkcə İslam Birliyi və mehdiyyətlə mümkün olar. Dəccaliyyətin pəncəsi hal-hazırda İslam aləminə keçmiş vəziyyətdədir. Bu pəncə tək-tək sökülə bilməz. Pəncənin aradan qaldırılması müsəlmanların birləşməsi və mehdiyyətlə təmin edilər.
(A9 TV; 9 noyabr 2017)
Dəliqanlıların gənc qızlara edəcəkləri ən böyük yaxşılıq güvən verməkdir. Qadınlar güvəni axtarmaqda çox haqlıdırlar. Onların canının, namusunun və xoşbəxt yaşamasının təminatını verməlisiniz. Lakin bunu demaqoqluqla deyil, səmimi Allah rizası üçün etməlisiniz. O zaman gənc qızlar çox rahat olarlar və sizinlə dost olmaqdan zövq alarlar.
(A9 TV; 9 noyabr 2017)
Eqoistliyi adi söz kimi işlədirlər. Eqoistlik çox böyük fəlakətdir. İnsanı insan olmaqdan çıxardar. Eqoist insan şərəfini, eşqi, ağlı, gözəllik anlayışını itirər. Eqoist insan həyatı boyu alçaldılar. İnsanlar eqoistliyi əhəmiyyətli hesab etmələri lazımdır. Mütləq altruist olmaq, mütləq Allah və sevdikləri üçün yaşamaq lazımdır.
(A9 TV; 9 noyabr 2017)
Allah Özünü aşkar etməz. Allahın Özünü gizlətməsi Allahın sənətidir və İlahlığının mükəmməlliyidir. Allah Özünü 70 min pərdə ilə gizlədər, biz o pərdələri aça-aça Onu tapmalıyıq. Murdar insanların Allaha çata bilməməsi mömin üçün nemətdir. Dürüst, yaxşı, gözəl olanların Allaha çatması isə çox zövqlü yarışdır.
(A9 TV; 9 noyabr 2017)
Münafiq əxlaqsız, oğru, fırıldaqçı, saxtakar əsnaf xarakterinə sahibdir. Görünüşü də kaftar kimi iyrəncdir. Bu halı ilə müsəlmanları öz tərəfinə çəkə biləcəyini zənn etməsi axmaqlığının ən böyük dəlillərindən biridir. Axmaqlara qarşı müsəlmanın ən gözəl cavabı sükutdur.
(A9 TV; 9 noyabr 2017)
Süleyman Soylu çox ağıllı, sabit, tutarlı, mömin, müttəqi insandır. Demaqoqluğu xoşlamaz. İgid dəliqanlıdır.
(A9 TV; 9 noyabr 2017)





