Səbir ilə dözüm arasında çox fərq vardır. Pis şeyə qarşı müqavimət göstərmək, nəfsi boşuna yormaq olar. Əxlaqsız, pis baxan insana dözməyə ehtiyac yoxdur. Heç ünsiyyət qurmamaq lazımdır. Səbir isə gözəl rəftar göstərməkdə israrlı və qətiyyətli olmaqdır. Səbir çətin şey deyil, zövqlüdür.
(A9 TV; 10 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə yaşlı qadın münafiqlər ətraflarına yaşlı, taqətsiz qadınları toplayaraq xalqı Rəsulullah (s.ə.v) əleyhinə təhrik etməyə çalışardılar. Peyğəmbərimiz (s.ə.v) səfərə hazırlanar, Allah üçün mübarizə apararkən bu qoca qadınlar həmişə fitnə arxasınca qaçardı.
(A9 TV; 10 noyabr 2017)
Münafiqlərin dünyada və axirətdə düşdüyü vəziyyət möminlər üçün əyləncə və fərəh vəsiləsidir. Münafiq dünyada da mütləq aşkara çıxar, mütləq qarpız kimi partlayar və ifşa olar. Münafiqin dünyada da alçaldığını hər kəs görər.
(A9 TV; 10 noyabr 2017)
Şeytan və dəccaliyyət həmişə qan tökülsün istəyər. Bunun üçün də mütləq bəhanə taparlar. Dəccaliyyətin dərdi torpaq deyil, qandır. Qana doymaz, həmişə cinayət işlənsin istəyər.
(A9 TV; 10 noyabr 2017)
Allah münafiqlərin içindəki yaşlı, nifrət dolu qadınlara xüsusi diqqət çəkər. Peyğəmbərimiz (s.ə.v) dövründə də yaşlı, yaşlılıqdan içi keçmiş bəzi qadınlar münafiqlərin arasında Peyğəmbər əleyhinə fəaliyyət göstərirdilər. Ayədə keçən; “düyünlərə üfürən qadın” ifadəsi bu yaşlı qadın münafiqlərə işarə edir. Bunlar axmaq beyinləri ilə hiss etdirmədən qaş-göz hərəkətləri edir, möminlərə lağ etdiklərini zənn edirdilər.
(A9 TV; 10 noyabr 2017)
Münafiq malı yığıb toplayar, o mal yenə sonunda müsəlmanlara nəsib olar. Münafiq, malının onu əbədi yaşadacağını zənn edər, mala dəlicəsinə bağlıdır. Lakin sonunda sahib olduğu hər şey münafiq üçün ürəkağrısı olar. Allah münafiqə ən çox ruhunu yandıraraq əzab verər.
(A9 TV; 10 noyabr 2017)
Allah münafiqləri dinə mütləq xidmət etdirər. Rəsulullah (s.ə.v) dövründə münafiqlər eşşək kimi xidmət etdilər. Peyğəmbərin və müsəlmanların heyrətamiz zəngin olmasına vəsilə oldular. Gecə-gündüz eşşək kimi çalışdılar, növbə tutdular, müharibələrdə iştirak etdilər, alçaldılar, sonunda da içləri quruyub tək başlarına sürünərək öldülər.
(A9 TV; 10 noyabr 2017)
Münafiqlərdə cinayətə meyllilik və qatil üzü vardır. Üzlərindəki ifadə çox pis və xoşagəlməzdir. Peyğəmbərimiz (s.ə.v) də; “kim şeytanı görmək istəsə münafiqlərə baxsın” deyərək onların üzündəki qorxunc xoşagəlməz ifadəyə diqqət çəkmişdir. Rəsulullah (s.ə.v) dövründə də münafiqlər xəbər toplamaq üçün müsəlmanların yanına gəlirdilər. Topladıqları hər xəbər isə münafiqlərin məhv olmasına səbəb olurdu.
(A9 TV; 10 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) Axırzaman münafiqlərindən ətraflı şəkildə bəhs etmişdir. Kaftar və qoxumuş it kimi olan şəxsiyyətsiz münafiqlər Mehdi camaatından zibil kimi atılacaq, müsəlmanlar fərəhlənəcək.
(A9 TV; 10 noyabr 2017)
Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər. Göydə istədiyi kimi uçar, yüksəklik qorxusu olmaz. Cənnətin xüsusiyyəti hər şeyin səbəbsiz olmasıdır. Dünyada istəyib etməkdə çətinlik çəkdiyimiz hər şey ən mükəmməl halı ilə Cənnətdədir. Burada heyvan sevgisi çətindir. Cənnətdə isə hər yer seviləcək heyvanlarla doludur. Cənnət, insanlar, mələklər, qılmanlar, heyvanlar, çiçəklər, ağaclarla hər yer hərəkətlidir. Dünyada təhlükəli olan, lakin çox sevdiyin idman növləri ilə cənnətdə ən gözəl şəkildə heç risk olmadan məşğul olarsan. Dünyada olan ağlımıza gələn hər şeyin yaradılış məqsədi cənnətdə mükəmməl halı olacağı üçündür. Dünyada imtahanın tələbi olaraq hər şey zərərli və zərərsiz olaraq iç-içə keçibdir. Cənnətdə isə hər şey tamamilə gözəllikdir və zərərsizdir. Dünyadakı kiçik nöqtənin, tək iynənin belə cənnətdə əsli var.
(A9 TV; 10 noyabr 2017)





