Münafiqlər ittifaq edirmiş kimi görünər, lakin bir-birləri ilə it kimi boğuşarlar. Kaftarlar kimidir münafiqlər, bərabər imiş kimi görünər, lakin həmişə didişərlər. Münafiqlər hiyləgər üz ifadələri, donqar, iri dişli, selikli kaftarlar kimi görünüşləri ilə iyrəncdirlər. Sonunda həmişə öz bataqlıqlarında boğularlar.
(A9 TV; 9 noyabr 2017)
Tənhalığa həll yolu Allahı sevməkdir. Sən Allahı tək qoymasan, Allah da səni tək qoymaz. Allahı sevib dost olub da, tək qalan heç kim olmaz. Allah Onu sevənə, sevəcəyi insanlar göndərər.
(A9 TV; 9 noyabr 2017)
Münafiq sevgi sözündən silah kimi istifadə edər. Sevgini texniki anlayış olaraq bilər. Lakin heç vaxt sevgini yaşamaz. Müsəlmanlara sevgi sözündən bəhs etdikdə müsəlmanlara təsir edə biləcəyini düşündüyü üçün bu sözü taktika olaraq işlədər. Dürüstlük, səmimiyyət, sevgi, münafiqin yaşadığı hisslər deyil.
(A9 TV; 9 noyabr 2017)
Allah münafiqləri xüsusi yaradar. Çox iyrəncdirlər və alçaq varlıqlardır. Tamamilə ağılsızdırlar, lakin şeytan onlara təsir göstərdiyi üçün şeytani zəkaları vardır. Münafiq Allahın xüsusi olaraq yaratdığı zombidir. Ortaya çıxarkən müsəlman kimi görünər. Peyğəmbərimiz (s.ə.v) dövründə İslamdan istifadə edərək ortaya çıxırdılar. Haşa Peyğəmbərin mərhəmət etmədiyini, özlərinin isə mərhəmətli, ədalətli və şəfqətli olduğunu iddia edirdilər. Peyğəmbərimiz (s.ə.v)-i müsəlmanları mübarizəyə çıxardıb ölümlərinə səbəb olduğunu iddia edirdilər. Halbuki müsəlmanlar məzlumları qorumaq üçün mübarizəyə şövqlə qaçırdılar. Münafiq çox axmaq və ağılsız olduğu üçün dindən istifadə edərək imanı zəif olanlara təsir etməyi qarşısına məqsəd qoyurdu.
(A9 TV; 9 noyabr 2017)
Monotonluqdan heç xoşum gəlməz. Həyata həmişə gözəllik qatmaq istəyərəm. Hər anım sevgi və gözəlliyi axtarmaqla keçər. Mən sevgiyə və gözəlliyə doymaram. Əşyalar gözəl olsun, pişiyim gözəl olsun, insanlar gözəl olsun istəyərəm.
(A9 TV; 9 noyabr 2017)
Bir tərəfdə darvinist, materialist, insanın heç bir məqsədi olmadığını söyləyən soyuq dünya, digər tərəfdə isə sevgini, nəzakəti, keyfiyyəti bilməyən, hər şeyi ölümlə cəzalandıran mövhumatçılıq. Gənclər bu iki fəlakətin altında qaldıqları üçün yaşama həyəcanlarını itirmişdilər və laqeyd olmuşdular. Elmlə, irfanla bu iki fəlakəti də aradan qaldırırıq inşaAllah.
(A9 TV; 9 noyabr 2017)
Ruhun, ağlın və vicdanın gücü böyükdür. Şeytanın gücü isə zəifdir. İnsan vicdanına təslim olduğu zaman şeytanın o insan üzərində heç bir təsiri olmaz.
(A9 TV; 9 noyabr 2017)
Münafiqlər pis işlərlə məşğul olarkən möminlər xeyriyyə işlərinin ardınca gedərlər. Münafiqlər hz. İbrahim dövründən bəri müsəlmanların dağılması üçün çalışarlar. Hər dəfə də müvəffəqiyyətsizliyə düçar olarlar.
(A9 TV; 9 noyabr 2017)
Avropalılar fikrə açıq insandırlar. Oradakı bacı-qardaşlarımızın etdiyi hər xidmət çox dəyərlidir. Etdikləri xidmətin hər bir addımına Allah qat-qat savab versin, cənnətdə gözəl nemətlər qazanmalarına vəsilə olsun.
(A9 TV; 9 noyabr 2017)
Ənənəçi ortodoks İslam anlayışı elmi, incəsənəti, estetikanı, qadın gözəlliyini qəbul etmədiyi üçün İslam ölkələri geri qalırlar. Quran əxlaqına görə İslam yaşanmış olsa böyük inkişaf və irəliləyiş olar.
(A9 TV; 9 noyabr 2017)





