Tayyib hocamın homoseksuallara kvota ayrılmasını tənqid edən çıxışı İngiltərə dərin dövlətinin fəlsəfəsinə endirilən böyük mənəvi zərbədir. Bu mövzudakı bəyanatı millətimiz üçün çox güvən verici və gözəl oldu.
(A9 TV; 10 noyabr 2017)
Müsəlman və Allahı sevən insanın etdiyi səhv hər zaman xeyrinə olar. Hər səhvlə insanın cənnət bilgisi daha artar, ruhu inkişaf edər, mükəmməlləşər. Səhvlər olmasa insan sabit qalar. Uşağın böyüməsi, inkişaf etməsi kimidir. Uşaq necə ki, yıxılıb qalxaraq böyüyərsə, insan da səhvləri ilə sevgini, mərhəməti, yaxşılığı, gözəlliyi öyrənər, inkişaf edər.
(A9 TV; 10 noyabr 2017)
Tənqid mömin üçün nemətdir. Tənqid edən insanı dəstəkləmək əhəmiyyətlidir. O insan bir çox şeyi gözə alaraq tənqid edir. Buna görə də; “çox faydalandım, istifadə etdim, lakin bu cəhətləri də var, onu da bilməyini istəyirəm” deyərək tənqidi qəbul etmək gözəl olar. Tənqid edənin gücünü qırmaq düzgün olmaz.
(A9 TV; 10 noyabr 2017)
Dünyanın yaradıldığı gündən indiyədək gördüyümüz bütün əşyalar Cənnətdə sahib olacaqlarımızın surətidir. Katerlər, lüks avtomobillər, evlər, saraylar Cənnətdəki möhtəşəm hallarının çox sadə nümunəsidir. Hədislərdə Cənnət çox ətraflı təsvir edilmişdir.
(A9 TV; 10 noyabr 2017)
Münafiq bütün ömrünü müsəlmanlara xidmət edərək, müsəlmanlara imkan yaradaraq keçirər. Bir gün Peyğəmbərin vəfat edib də o mülklərin yenidən öz əllərinə keçəcəyi ümidi ilə bütün imkanlarını Peyğəmbərə səfərbər edərlər. Bütün gəncliklərini, mülklərini, imkanlarını müsəlmanlara verib, qocaldıqları zaman da artıq axmaq vəziyyətinə düşdüklərini anlayıb müsəlmanların yanından qaçıb gedərlər. Münafiqlərin axmaqlığı müsəlmanların ən böyük əyləncələrindən biridir.
(A9 TV; 10 noyabr 2017)
Ölüm ən gözəl tərbiyə vasitəsidir və əbədi həyata açılan şəffaf qapıdır.
(A9 TV; 10 noyabr 2017)
Türk millətçiliyinə əhəmiyyət vermək məcburiyyətindəyik, yoxsa İslam Birliyinin yaranması çox çətindir. Mütləq türk millətinin öndə olması, öncül olması lazımdır. Allah bu neməti bizə verib. Bu nəcib millət öncül olacaq. Bu irqçilik demək deyil. Türkəm deyən hər kəs türkdür, bu şüur altında İslam Birliyinin bayraqdarlığını edəcəyik inşaALLAH.
(A9 TV; 10 noyabr 2017)
İnsan özünə məxsus olan malın gözətçisidir, o mülkün maliki, yəni rəhbəri olar müsəlman. O mülkü müsəlmanlara istifadə etdirmək lazımdır. Əşyanın, mülkün sahibiyəm deyə o mülkü sahiblənib heç kimə istifadə etdirməmək olmaz. Sahib olunan əşyanın, mülkün, müsəlmanların lehinə istifadə etdirilməsi lazımdır.
(A9 TV; 10 noyabr 2017)
Sevgi Allah tərəfindən yaradılmış ən güclü instinktdir. Allah ən böyük nemət olaraq, kainatın yeganə məqsədi kimi sevgi deyilən nur yaratmışdır və bu nur bütün kainatı, bütün kosmosu, bütün hüceyrələri, atomları, insanları, heyvanları, bitkiləri, bütün canlıları əhatə etmişdir və yeganə məqsəd halına gəlmişdir. İnsanı ən çox xoşbəxt edən, insana ən yüksək həzzi verən, ən nəcib duyğu sevgidir. İnsanların bu qədər gözəl yaradılmasının, atomlardakı cazibə qüvvəsinin, hüceyrənin daxili quruluşundakı möhtəşəm quruluşun, kainatdakı möhtəşəm həndəsənin məqsədi də sevgidir. Sevgi heyrətamiz həzzdir, heyrətamiz gözəllikdir.
(A9 TV; 10 noyabr 2017)
Münafiq kaftara bənzəyər, ağzından selik axar, möcüzə olaraq bədəni də kaftara bənzəyər. Allahın münafiqi belə qorxunc heyvana bənzətməsi çox böyük möcüzə və münafiq üçün çox böyük bəladır. Münafiqin baxışları və üz ifadəsi çöl donuzu kimidir. Qaçışı açıq-aşkar kaftar qaçışı kimidir, donqarını çıxardıb qaçar. Gülüşü də kaftar səsinə bənzəyər. Münafiq üçün Allahdan möcüzə olaraq böyük qarşılıqdır bu.
(A9 TV; 10 noyabr 2017)





