Münafiqləri darvinizm, materializm, PKK, Türkiyənin bölünməsi təhlükəsi heç maraqlandırmaz. İşləri gücləri ən təsirli gördüyü müsəlmanlarla mübarizə aparmaqdır. Bu da müsəlmanların şövqünü artırır. Allah müsəlmanların şövqü, səyi, əzmkarlıqları artsın deyə belə məxluqları yaradır. Müsəlmanın tarixində ixtisaslı münafiqlərlə mübarizə aparmaq vardırsa, o mömin üçün bu çox böyük şərəfdir.
(A9 TV; 16 noyabr 2017)
Münafiqlərin mövcudluğu möminlərin imanın, Quranın, müsəlmanların dəyərini daha yaxşı dərk etmələrini təmin edər. Münafiq həmləsi olduğu zaman möminlərin bir-birinə olan sevgisi və bağlılığı artar. Münafiq həmləsi ilə müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki çətinliyi, imtahanı daha yaxşı qavrayar.
(A9 TV; 16 noyabr 2017)
Şəhidlər necə digər şəhidləri gözləyirsə, münafiqlər də qəlbində xəstəlik olanları seçər və onlara təsir etmək üçün çalışar, onların gəlməsini gözləyirlər. Münafiq həm öndə olan, güclü müsəlmanı seçər və hədəf alar, həm də zəif olduğunu düşündüyü şəxsləri həmişə təsir altına almağa çalışar.
(A9 TV; 16 noyabr 2017)
Münafiqlərin küfr əhlinə və dinsizliyə qarşı heç enerjisi olmadığı halda, müsəlmanlarla mübarizə apararkən həddindən artıq dərəcədə enerjili olarlar. Səhər namazına qalxmaz, lakin müsəlmanlarla mübarizə aparmaq üçün səhərə qədər kompüter qarşısında oturarlar. Ən azğın küfrdən belə narahat olmaz, lakin müsəlmanların dağılması, ayrılması üçün dəlicəsinə səy göstərərlər. Küfr əhlini deyil, müsəlmanları hədəf almaları münafiqlərin ən fərqləndirici xüsusiyyətidir.
(A9 TV; 16 noyabr 2017)
Allahın sənəti, Allahı dərk etmək üçün çox güclüdür. Kökü görünməyən bir naringi ağacının ən üst budaqlarına qədər bütün yarpaqları qidalandırması, qaranlıq torpağın içindən vitamini suyu tapması, tək-tək naringi tumlarını yaratması böyük sənətdir. Sadəcə bunu görən insan dərhal Allaha üz tutar. Bu qədər təfərrüatlı sənəti olan Allahı haşa əhəmiyyətsiz kimi görmək insanlar üzərindəki şeytanın təsirindən irəli gəlir. Yolun kənarındakı bir çiçək, pişik, möminlər, münafiqlər, kafirlər, Allah dünyada hər təfərrüatda min cürə fərqlilik yaradır.
(A9 TV; 16 noyabr 2017)
İman zənginliyi olmadığı halda maddi zənginlik müvəffəqiyyətsizliyə dönər. Türkiyənin ən mühüm ehtiyacı mənəvi təşəbbüsdür. Allah sevgisi, Allah qorxusu, iman həqiqətləri, Quran möcüzələri, darvinizmin əsassızlığını izah edən təhsil sisteminin olması əsas şərtdir.
(A9 TV; 16 noyabr 2017)
Gənclərə yeganə tövsiyəm Allahı çox sevmələridir. Bundan başqa yolla xoşbəxt ola bilməzlər. Allah unudulduğu zaman həmişə tərslik, bədbəxtlik olar.
(A9 TV; 16 noyabr 2017)
Hər şeydə xeyir var. Allah hər şeyi müəyyən tarazlıqla yaradar. Mömin üçün xeyirsiz olan heç nə olmaz.
(A9 TV; 16 noyabr 2017)
İnsanın taleyi bir videokasset kimidir, o kasetdən kənara çıxa bilməz. Taleyimi dəyişdirdim dediyi zaman da taleyində olanı yaşayar.
(A9 TV; 16 noyabr 2017)
Bizim proqramımızda Quranla ziddiyyət təşkil edən xüsus yoxdur, lakin ənənəçi ortodoks sistemlə ziddiyyət təşkil edər. Çünki bizim həyatımızda qadına hörmətsizlik, haşa qadını heyvan yerinə qoyan, incəsənəti, elmi, keyfiyyəti düşmən görən anlayış yoxdur. Quran həyata sevinc, fərəhlik, gözəllik, hörmət və sevgi gətirər. Bizim həyatımız Qurana, Peyğəmbərimiz (s.ə.v) dövründəki İslam anlayışına tam uyğundur.
(A9 TV; 16 noyabr 2017)





