Vicdanına gələn ilhamı hər kəs anlayar. Allah anlaya biləcəyimiz açıqlıqda ilham edər. İnsan vicdanına tabe olmadığı zaman narahat olar. Vicdanına tabe olan insan hər zaman məqbul və tutarlı olar. Bəzi insanlar işlərinə yaramadığı, mənfəəti ilə ziddiyyət təşkil etdiyi üçün vicdanlarına tabe olmurlar.

(A9 TV; 16 noyabr 2017)

Qadına qarşı zorakılığın qarşısını almaq üçün, darvinist təhsilin qarşısını almaq lazımdır. Qadınlara (haşa) insanla heyvan arası varlıq deyilməsi fəlakətin başlanğıcıdır. Bu şəkildə (haşa) qadına “insana bənzəyən heyvandır” demiş olurlar. Bu səhvin düzəldilməsi üçün ənənəçi İslam anlayışını düzəldib Qurana əsaslanan həqiqi İslam anlayışını bütün dünyaya hakim etmək lazımdır. Ənənəçi İslam anlayışındakı xurafatlara əsaslanan anormal hökmlərin xətasını insanlara izah edilməsi lazımdır.

(A9 TV; 16 noyabr 2017)

Münafiqlərin bütün diqqəti müsəlmanlara istiqamətlidir. Küfr, dəlalət münafiqləri heç maraqlandırmaz. Şeytan, münafiqləri həmişə ən xeyirli fəaliyyətləri göstərən insanlara yönəldər. Bunun nəticəsində də münafiqlər fiziki cəhətdən çökər, xəstələnərlər, cəhənnəmləri genişlənər, bəlaya addım-addım yaxınlaşarlar. Möminlər isə getdikcə güclənərlər, gənclikləri, gözəllikləri, nurları və təsirləri daha da artar.

(A9 TV; 16 noyabr 2017)

Müsəlmanın gələcəyə dair planlar qurması məqbuldur. Mehdiyyət plandır və müjdələnmişdir. Bunun üçün iman həqiqətlərindən danışaq, Quran möcüzələrindən danışaq, darvinizmi zərərsizləşdirək, bu istiqamətdə elmi konfranslar keçirək tərzində planlar qurulması olduqca gözəl olar.

(A9 TV; 16 noyabr 2017)

“Of” deyildikdə ətrafa mənfi aura yayılar. Bu söz mənfi sözdür. Buna görə də, şəxsin həm özünə sıxıcı və boğucu təsir edər, həm də ətrafındakı insanları bezdirər. Neqativ insanlarda sıxıntıya səbəb olar. Lakin möminə təsiri olmaz, mömin əksinə daha da güclənər. Hər zaman müsbət, xeyirli üslub işlətmək lazımdır. Əlhamdülillah, Allaha şükür demək qəlbi fərəhləndirər.

(A9 TV; 16 noyabr 2017)

İnsan vicdanının səsi ilə, nəfsinin səsini dərhal ayırd edər. İnsan nəfsinin səsinə tabe olduğu zaman dərhal üslubu qaralar, üzü və baxışları qaralar. İçi rahat olmaz, iyrənc əməl hakim olar bütün zehninə. Vicdanın səsi isə insana müəyyən mənada Allahın vəhyi kimidir. Vəhyə tabe olanın üzündə nur olar, mələk ifadəsi olar, qəlbi fərəhdir.

(A9 TV; 16 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)