Maddiyyatın xoşbəxtliklə əlaqəsi yoxdur demək, səmimi olmaz. Mömin Allah rizası üçün yaşayar, maddi imkanları vardırsa bunu da Allah üçün xərcləyər. Bu da gözəl xoşbəxtlik səbəbidir. Ehtiyac içində olanlara yardım etmək, sevdiklərini xoşbəxt etmək, gözəllik yaratmaq üçün maddiyyatdan istifadə edər. Bu mənada maddiyyatın xoşbəxtliklə əlaqəsi vardır.

(A9 TV; 17 noyabr 2017)

Qadınların çoxu qorxu içində yaşadıqları üçün müxtəlif müdafiə mexanizmləri formalaşdırırlar. Əvvəlcə qadınları təzyiqdən xilas etməyimiz, təhlükəsiz həyat təqdim etməyimiz lazımdır. Küçə təzyiqini, cəmiyyət təzyiqini, ailə təzyiqini, gələcək qorxusunu gənc qızların üzərindən qaldırdığımız zaman onlar da canlanacaq, çox rahat yaşayacaqlar inşaAllah.

(A9 TV; 17 noyabr 2017)

Mübahisəçi insanların ruhu anarxiya içindədir. Bunlar davakar, gərgin, sanki cəhənnəm odu içində yaşayırmış kimidirlər. Belə insanlar xoşagəlməz olduqları üçün heç kim tərəfindən sevilməzlər və tənha yaşayarlar.

(A9 TV; 17 noyabr 2017)

Münafiq təkcə müsəlmanlarla mübarizə aparar. Münafiqin vəzifəsi təkcə müsəlmanlara hücum etməkdir. Münafiq küfr əhli ilə, dinsizlərlə, dərin dövlətlə heç vaxt maraqlanmaz, təkcə yanından ayrıldığı möminlərlə mübarizə aparmağı hədəf qəbul edər. Ən çox da Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrə diqqət yetirər. Münafiq Quran ayələrindən həmişə müsəlmanlar və Peyğəmbərimiz (s.ə.v) əleyhinə istifadə edər (haşa). Allahın münafiqlərə aid endirdiyi ayələrdən münafiqlər (haşa) Peyğəmbərimiz (s.ə.v) və səhabələrə aid imiş kimi istifadə edirdilər. Münafiq alçaq, ləyaqətsiz və xain olduğunu bilər, lakin özünü aldadaraq bunu görməzlikdən gələr. Münafiqlərə aid ayələrin də əhatə dairəsini çox yaxşı bilər, lakin sadəcə xainliyindən və alçaq xarakterindən dolayı bilərəkdən bu ayələrdən möminlərə qarşı istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə yaratdıqları Dirar məscidində də münafiqlər həm əxlaqsızlıq edir, həm homoseksual cinsi əlaqəyə girir, həm də cinayət planı qururdular. Sonunda Allah hamısını cəhənnəm çuxuruna doldurdu.

(A9 TV; 17 noyabr 2017)

Uşaqlarla ağıllı insan kimi müsahib olmaq əhəmiyyətlidir. Uşaqlara əvvəlcə hörmət göstərmək, onlara dəyər vermək, ehtiram göstərmək və sonra onları sevmək lazımdır. Əks halda uşağın əqli tarazlığı pozular, özünə və ətrafına zərər verə bilər. Uşağa mütləq dəyər verildiyini ona hiss etdirmək lazımdır. Allahı uşaqlara sevdirmək, bütün nemətlərin Allahdan gəldiyini onlara öyrətmək və uşaqların həmişə Allah ilə əlaqədə olmasını izah etmək lazımdır.

(A9 TV; 17 noyabr 2017)

İngiltərə dərin dövlətini açıq-aydın şeytan idarə edir. İngiltərə dərin dövlətinin rəhbərləri trans halına keçib şeytanla əlaqə yaradırlar. Şeytanı (haşa) Allahdan daha güclü görürlər. Şeytanın dünyadakı hakimiyyəti kimi görərlər. Dərin dövlətlərin başında həmişə şeytan olar və şeytan onları idarə edər. İraq və Suriyada qan axıdılması, Misirin, Liviyanın pərişan edilməsi həmişə şeytandandır.

(A9 TV; 17 noyabr 2017)

İnsanlar iman zəifliyi və ya imansızlıqdan ötrü üsyankar ruha bürünürlər. İman çatışmazlığı olduğu zaman dünyanın nəzarətsiz olduğunu düşünər və hər insanı potensial təhlükə kimi görərlər. Hər an xəstəlik, bəla, hücum olacağı qorxusu ilə dəhşət və qorxu içində yaşayarlar. Onun gətirdiyi stresslə də aqressiv olarlar. Ən kiçik qəzəbdə can qorxusu ilə təcavüzkar və şübhəli davranışlar nümayiş etdirərlər. Bu vəziyyət təvəkkülsüzlüyün insanda necə təxribata səbəb olduğunu göstərər.

(A9 TV; 17 noyabr 2017)

Tayyib hocam İngiltərə dərin dövlətindən gecə-gündüz nəzakəti ilə danışır. Təbrik edirik. MHP-ni də Tayyib hocama olan dəstəyindən dolayı dəfələrlə təbrik edirik. Tarixi və mühüm vəzifə yerinə yetirirlər. Dövlət tərbiyəsinə uyğun şəkildə hərəkət edirlər. Dəccalın qarşısında dövlətin rəisini qorumaq fərz olar.

(A9 TV; 17 noyabr 2017)

İşığın səbəbi Günəş deyil. Dünyada Günəş olması, imtahanın tələbi olaraq bizim məqbul görməyimiz üçündür. Günəş tamamilə səbəb olaraq yaradılmış sistemdir. Maddə özündən işıqlıdır, işıq beynimizdə yaranar. Günəşin aydınladan xüsusiyyəti də yoxdur əslində, günəş təkcə dalğa yayar və günəş zülmət qaranlıqdır. İstiliyi də yoxdur. Tamamilə beynimizdəki və ruhumuzdakı qavrayış və təsvirlərdən ibarətdir. Cənnətdə də səbəbə ehtiyac olmadığı üçün, günəş təkcə bəzək olaraq mövcud olacaq.

(A9 TV; 17 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)