Darvinist, materialist sistemin ruhsuzluğunu və ənənəçi ortodoks sistemin insanların sevincini əlindən alan sistemini fikri olaraq aradan qaldırsaq beyin axını yaranmaz. İnsanlar gözəlliyi, incəsənəti, sevinci axtardıqları üçün incəsənəti gördükləri yerə getməyi üstün tuturlar. Allahın icazəsi ilə 3-5-7-9 ilə qədər Türkiyə çox dəyişəcək.
(A9 TV; 16 noyabr 2017)
Allaha güvənən insanın güvəni gözəldir. Özünə güvənən insan sıxıntılı, iztirablı və ağrılı-acılı həyat yaşayar. Özünü şirk qoşmasının bərəkətsizliyi həmişə üzərində olar.
(A9 TV; 16 noyabr 2017)
Dinsiz açıqca düşüncəsini söyləyər. Münafiq dindar görünüşlü olar, müsəlmanların arasına daxil olar, sonra da namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edər. Münafiq namərdcəsinə müsəlmanların arasında hədəf alacaq insanlar seçər, bu da müsəlmanların bir-birinin dəyərini daha yaxşı görmələrinə vəsilə olar. Müsəlmanlar daha da şövqlənib sevinərkən, münafiqlər daxilən çürüməyə davam edərlər.
(A9 TV; 16 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə müşriklər və münafiqlər, zəif ağılları ilə Quranı bəyənmirdilər. Peyğəmbərimiz (s.ə.v)-dən Quranı dəyişdirməsini istəyirdilər. Buna görə də, Peyğəmbərimiz (s.ə.v); “məndən bir söz yazmayın” deyə vəsiyyət qoyub getmişdi.
(A9 TV; 16 noyabr 2017)
İnsan ağlını Allah ilə bərabər hesab etsə o zaman o insanı Allah möcüzə olaraq hikmətli danışdırar. İnsanın Allah ilə heç əlaqəsini kəsməməsi, qəlbinin həmişə Allah ilə olması lazımdır. Özünün danışdığını düşünən insan danışmaqda çətinlik çəkən, özünü də ətrafını da kədərləndirən üslub işlədər. Allahdan uzaqlaşan insan xeyri şər, şəri xeyir görər, zehni qarmaqarışıqdır, şübhə edəndir, hər danışığında eyham vardır. Özünü Allaha təslim edən insanın isə hər sözü fərəhləndiricidir.
(A9 TV; 16 noyabr 2017)
Uşaqlar məktəbə niyə getdiklərini bilməmələri üçün sıxılırlar. Dərslərin mütləq filmlərlə olması, uşaqların rahat kreslolarda oturması, istədikləri kimi geyinib gəlmələri lazımdır. Uşaq məktəbə getdiyi zaman möhtəşəm nəzakət və keyfiyyət qazanacağını, dünyagörüşünün artacağını, çox seviləcək insan halına gələcəyini bilməlidir.
(A9 TV; 16 noyabr 2017)
Sevginin təsvir edilməsi qeyri-mümkündür. İmanla və ağılla düz mütənasib olaraq əbədiyyətə açılan zövqdür. Qarşındakı insanı Allahın mövcudluğunun təcəllisi olaraq gördüyün zaman sevgi yaranar, bundan savayı təkcə sevgi təqlidi və həvəs vardır.
(A9 TV; 16 noyabr 2017)
Haram və halallar insanı insan edən gözəllikdirlər. Haram və halallar sayəsində halalın gözəlliyini haramdan uzaq dayanmağın rahatlığını yaşayırıq. Haram və halallar sayəsində dünya qat-qat gözəlləşər.
(A9 TV; 16 noyabr 2017)
Xəstəliklər olmasa insanların çoxu təkəbbürlüyə görə azğınlaşar. Xəstəlik insanın dünyadan imtina etməsini, təvazökar olmasını təmin edər. İnsan nəfsi azğındır. Xəstəlik bu azğınlığı tormozlayan ən təsirli vəsilələrdən biridir.
(A9 TV; 16 noyabr 2017)
Mömində özünəinam deyil, Allaha inam vardır. Tamamilə Allaha inanaraq hərəkət etdiyi zaman mükəmməl ağıl və mükəmməl görünüş yaranar. Özünəinamım deyə ortaya çıxan insanların əksəriyyəti çox sıxıntılı yaşayar. Allaha özünü təslim edən gözəl və hüzurlu yaşayar.
(A9 TV; 16 noyabr 2017)





