Uşaqların kiçik yaşdan etibarən şüurları açıq olur. Uşaqlara ağlı zəif varlıqlar kimi davranmayıb insan kimi davranıldığı zaman sağlam olarlar. Quranı da uşaqlıqdan etibarən çox yaxşı anlayarlar.
(A9 TV; 16 noyabr 2017)
İslamdan danışarkən əvvəlcə iman həqiqətlərindən və Quran möcüzələrindən danışmaq lazımdır. Əvvəl səmimi dost olmaq, dostluqla yanaşmaq lazımdır. Əvvəlcə özünü sevdirməli, sonra Allaha olan inamını möhkəmləndirməli, sonra da Quranın asanlığından danışmalısan. Əvvəlcə dinin hökmlərindən danışaraq mövzuya girmək təsirli olmaz.
(A9 TV; 16 noyabr 2017)
MİT-in adsız qəhrəmanları hər yerdə təhlükəsizlik məqsədi ilə gəzir. Bu adsız qəhrəmanların hamısını təbrik edirik. Allah ömürlərini uzun və xeyirli etsin.
(A9 TV; 16 noyabr 2017)
Ənənəçi inancında qadına dəyər verilməməsinin səbəbi qeyri-kafilik və itirmə qorxusudur. Lakin bu itirmə qorxusu qadının sevgisini itirmək qorxusu deyil. Qadını malı kimi görən, əşyanı itirmək qorxusu kimi bir şeydir. Buna görə də, qadını nə qədər çirkin vəziyyətə salsa o qədər əlinin altında saxlaya biləcəyinə inanır. Bir qadına bu baxış prizması ilə yanaşmaq zülmdür.
(A9 TV; 16 noyabr 2017)
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq.
(A9 TV; 16 noyabr 2017)
Quran müsəlmanlığı bütün Türkiyəyə zəmində yayılmış vəziyyətdədir. Gənclərimiz, xalqımız Quranın ruhunu tam aldılar. Dekolteli geyinən bir çox insan Allah sevgisini, cənnət həsrətini, sevgi və keyfiyyət axtarışını çox gözəl yaşayır. Bu, Allahın bizə nəsib etdiyi müvəffəqiyyətdir.
(A9 TV; 16 noyabr 2017)
Quran kafi deyildir demək, haşa Allahın ağlını və əxlaqını anlamamaqdan irəli gəlir. Haşa Allah unutdu, Allah bilmir, Peyğəmbər bilir deyirlər. Allah sonsuz mərhəmət, sonsuz şəfqətdir, sonsuz ağıldır. Peyğəmbəri də yaradan Allahdır, Peyğəmbər Allahdan müstəqil deyil. Qurana qarşı gələn bu anlayış ucbatından Allah İslam aləminə rahatlıq və bərəkət vermir. Qurana tabe olduğumuz zaman asan din yaranır, belə olmaz deyirlər. Dini asan yaradan Allahdır. Asanlıq Allahdan rəhmətdir. Allahın yaratdığı dini haşa bəyənmirlər. Din çətin olmalıdır deyirlər. Din çətin olduğu zaman; “tabe olursanmı bəs?” deyirik, “yox o çətinliyə də tabe ola bilmərəm” deyirlər. Allah bu qeyri-səmimiliyin qarşılığını mütləq verər.
(A9 TV; 16 noyabr 2017)
Qarşısındakı insanın qeyri-səmimiliyi, anlamazlıqdan gəlməsi, özünə lazımsız əziyyət verməsi, rahat və gözəl yaşaya biləcəyi halda şeytana tabe olub özü üçün çətinlik yaratdığı təqdirdə mömində o insana qarşı mərhəmət hissi ola bilər. Möminlərə hücum olduğu zaman, münafiq həmləsi olduğu zaman da möminlərdə qəzəb hissi yarana bilər. Möminin qəzəbi təkcə bu hallarda ola bilər.
(A9 TV; 16 noyabr 2017)
Şəhidlərimizin şəhidliyi mübarək olsun. Biz dünya şəraitində imtahana davam edərkən onlar nə gözəl Rəsulullah (s.ə.v) ilə, hz. Həmzə, hz. Əli, hz. Osman və digər şəhidlərlə söhbət edirlər. Necə də böyük nemətdir, necə də böyük gözəllikdir.
(A9 TV; 16 noyabr 2017)
Cənnətdə ehtiras və sevgi əbədiyyətə açılan ən yüksək həzdir, lakin hər insan imanına və ağlına görə ehtirası yaşayar. Peyğəmbərlərin və övliya insanların yaşadığı zövq çox yüksək olar.
(A9 TV; 15 noyabr 2017)





